25 Yanvar 2020 14:10
549
CƏMİYYƏT
A- A+

“Könüllülər Yurdu - Azərbaycan” layihəsi başa çatıb


Yanvarın 25-də Bakı Konqres Mərkəzində "Könüllülər Yurdu – Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Gənclər Fondu, "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə "ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova layihə haqqında məlumat verib. O bildirib ki, layihə 15 şəhər və rayon olmaqla ümumilikdə 45 regionu və 2500-ə yaxın gənci əhatə edib. Təşkilatın sədri "Könüllülər Yurdu – Azərbaycan” layihəsinin məqsədinin region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaq olduğunu diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək ölkəmizdə Prezident İlham Əliyevin tapşırığına əsasən könüllülük hərəkatının genişlənməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib, məhz bu siyasətin tərkib hissəsi olaraq 2020-ci ilin respublikamızda "Könüllülər ili” elan olunduğunu söyləyiblər. Həmçinin ASAN könüllüləri tərəfindən müxtəlif sahələrdə, o cümlədən vətənpərvərliyin təbliği istiqamətində gerçəkləşdirilən layihələrin əhəmiyyətindən bəhs olunub. Çıxış edənlər bu tədbirin "Könüllülər ili” çərçivəsində keçirilən ilk rəsmi tədbir olduğunu qeyd ediblər.

Sonra layihənin regionlarda təşkilində fəal iştirak edən şəxslər mükafatlandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video