Alternative content

07:43 23 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:14 23.09.2020 BİLDİRİŞ
01:14 23.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səsimiz nüfuzlu beynəlxalq tribunadan eşidilir
Səsimiz nüfuzlu beynəlxalq tribunadan eşidilir
ANA SƏHİFƏ / SİYASƏT
01:23 25.01.2020


Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsindən 19 il ötür


19 il əvvəl, 2001-ci ilin yanvar ayında Azərbaycan Avropa Şurasına üzv qəbul edildi və bu mötəbər təşkilatın qarşısında üçrəngli bayrağımız ucaldıldı. Bununla da xarici siyasətdə qarşıya qoyduğu əsas prioritetlərdən daha birini uğurla gerçəkləşdirən müstəqil respublikamız milli maraq və mənafelərinin müdafiəsi, habelə erməni lobbisinə qarşı səmərəli əks ideoloji-siyasi təbliğatı gücləndirmək üçün əlverişli tribuna qazandı.

Ulu Öndərin rəhbərliyi altında 1993-cü ilin ortalarından ictimai-siyasi sabitliyin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər Azərbaycanın qeyri-sabit dövlət imicini aradan qaldırdı, regionun siyasi simasını və taleyini müəyyənləşdirən mühüm demokratik institut və təşkilatlarla əməkdaşlığına təkan verdi. Nüfuzlu beynəlxalq təşkilat olan Avropa Şurası ilə əməkdaşlıq da həmin dövrdən zəruri məsələ kimi gündəmə gəldi, yenicə müstəqillik qazanmış respublikamız öz maraqlarını qorumaq, ölkə həqiqətlərini dünyaya çatdırmaq, demokratikləşmə prosesini sürətləndirmək məqsədilə təşkilata üzvlüyü vacib saydı.

Xüsusilə qeyd etmək yerinə düşər ki, 1993-cü ildən etibarən ölkədə siyasi sabitliyin təmin olunması hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu istiqamətində real addımların həyata keçirilməsinə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına imkan yaratdı. 1995-ci ildə Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratdı. Ölkədə çoxpartiyalılıq əsasında demokratik parlament seçildi, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olundu.

Əsas Qanunun qəbulundan sonra ölkədə həm də hüquqi islahatlara başlandı və keyfiyyətcə yeni, dövrün tələblərinə cavab verən bir sıra qanunvericilik aktları hazırlandı.

Aparılan islahatlar Azərbaycanın Avropa ailəsinə inteqrasiyası prosesini daha da sürətləndirdi. Ümummilli Lider Heydər Əliyevin 8 iyun 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında”, 20 yanvar 1998-ci il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, habelə 14 may 1999-cu il tarixli "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında” sərəncamları ölkəmizin AŞ-nə üzvlüyünə real zəmin yaratdı.

1996-2000-ci illərdə respublikamız insan hüquq və azadlıqlarının, habelə demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. Bu dövrdə AŞ-də də Azərbaycanla əməkdaşlığa maraq artdı. 2000-ci ilin may ayında AŞ Siyasi Komitəsinin iclasında Azərbaycan üzrə məruzəçinin hesabatı dinlənilərək respublikamızın AŞ-nə tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı rəy verildi. AŞ Parlament Assambleyasının 2000-ci il iyunun 26-28-də keçirilmiş növbəti sessiyası zamanı Azərbaycanın AŞ-nin tamhüquqlu üzvlüyünə qəbul edilməsi məsələsi dəstəkləndi. Beləliklə, 1996-cı ildən təşkilatda xüsusi qonaq statusu ilə təmsil olunan Azərbaycan 2001-ci il yanvarın 17-də qurumun Nazirlər Komitəsinin qərarı ilə AŞ-nin tamhüquqlu üzvlüyünə qəbul edildi. 2001-ci il yanvarın 25-də isə Strasburqda Azərbaycan Respublikasının AŞ-nə tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasimdə Prezident Heydər Əliyevin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti iştirak etdi.

Ulu Öndər Heydər Əliyev 25 yanvar 2001-ci ildə AŞ PA sessiyasında çıxışı zamanı bu hadisəni belə qiymətləndirdi: "Tarixi yolların qovuşuğunda yerləşən ölkəmizin Avropa Şurasına qəbul olunması həm Azərbaycan üçün, həm də bu təşkilat üçün çox mühüm hadisədir. Biz Ümumavropa dəyərləri xəzinəsinə öz töhfələrimizi gətirməyə hazırıq. Bu töhfələr həm Avropada demokratik sabitliyin möhkəmlənməsinə, həm də avropalıların Şərq xalqlarının tarixi taleyini daha yaxşı və daha dərindən dərk etməsinə kömək edəcəkdir. Bu, bir tərəfdən, qabaqcıl demokratik ideyaların, hüquqi baxışların yayılması, digər tərəfdən isə bütün xalqların milli-mənəvi xüsusiyyətlərinə hörmət bəslənilməsi üçün yaxşı zəmin olacaqdır. Mən bu mötəbər təşkilatın gələcək inkişafı və möhkəmlənməsində öz ölkəmin xüsusi rolunu və məsuliyyətini bunda görürəm”.

Həm bu çıxışında, həm Milli Məclisin Strasburqa gedəcək nümayəndə heyəti ilə görüşdə, həm də Azərbaycan Respublikasının AŞ-nə üzv qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə çıxışları zamanı Heydər Əliyev bu qurumla ölkəmiz arasındakı qarşılıqlı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirdi. Təbii ki, çıxışlarda qeyd edilən məsələlər AŞ PA-da fəaliyyət göstərəcək Azərbaycanın nümayəndə heyəti üçün bir fəaliyyət proqramı idi.

AŞ Avropanın siyasi həyatında mühüm rolu oynayan təşkilat olduğundan onun rəhbər orqanlarına kimlərin və hansı dövlət nümayəndələrinin seçilməsi çox böyük əhəmiyyət kəsb edir. Bu mənada 2003-cü ilin yanvar ayının 27-də Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevin AŞ PA-nın sədr müavini və Büro üzvü vəzifələrinə seçilməsi Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan biri kimi yadda qaldı.

AŞ-nin üzvü olduqdan sonra respublikamız bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb edib, təşkilatın imkanlarından istifadə etməklə problemin ədalətli həllinə çalışıb. Bu mənada İlham Əliyevin ilk addımlarından biri Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin beynəlxalq aləmə çatdırılmasından ibarət oldu. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin uğurlu fəaliyyəti nəticəsində bu istiqamətdə mühüm işlər həyata keçirildi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı Avropaya çatdırıldı. İlham Əliyevin nümayəndə heyətinə rəhbərlik etdiyi müddətdə AŞ PA-da Azərbaycan həqiqətlərini özündə ehtiva edən 30-a yaxın sənəd hazırlanıb və təşkilatın rəsmi sənədləri kimi yayılıb.

Ümumiyyətlə, Azərbaycan bu nüfuzlu təşkilatın imkanlarından istifadə edərək Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində ciddi səylər göstərib. Görülən işlərin nəticəsində bu təşkilat Ermənistanın təcavüzünü pisləyən 1416 saylı qətnamə və 1690 saylı tövsiyə qəbul edib. 1416 saylı qətnamə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana diplomatik üstünlük verən vacib beynəlxalq sənəddir. Göründüyü kimi, AŞ məhz o təşkilatlardandır ki, respublikamız burada qısa müddətdə özünü təsdiqləyə bilib və Azərbaycan diplomatiyasının uğuru sayılan sənədlərin, xüsusən Ermənistanın işğalçılıq siyasətini pisləyən ayrıca qətnamənin qəbuluna nail olub.

Avropa Şurasına üzvlük Azərbaycanın müasir xarici siyasətinin uğurlarını özündə əks etdirən hadisələrdən biridir. Bu hadisə o dövrdə ölkəmizin beynəlxalq birlikdəki yerinin daha da möhkəmlənməsi baxımından yeni mərhələnin başlanğıcı oldu. Artıq 19 ildir ki, Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü kimi beynəlxalq məsələlərdə yaxından iştirak edir və zaman-zaman üzləşdiyi ədalətsizlikləri və ikili standartları inamla dəf edərək özünün haqq səsini bu tribuna vasitəsilə dünyaya çatdırır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM