Alternative content

22:11 22 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
06:48 22.02.2020 İtaliyada Azərbaycan ili
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb
“Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:21 25.01.2020


Qazma əməliyyatları strukturun potensialının tam dəqiqləşməsinə imkan yaradacaq


Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb. Bu barədə SOCAR və BP şirkətləri məlumat yayıblar.

"Şəfəq-Asiman”ın birgə kəşfiyyatı və işlənməsi üçün Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) bu iki şirkət arasında 2010-cu ilin oktyabr ayında Bakıda imzalanıb. Sazişdə onların hər biri 50 faiz iştirak payına malikdir, operator BP-dir.

SAX01 bu müqavilə sahəsində qazılacaq ilk quyudur və 2011-ci ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilmiş HPBS çərçivəsində BP-nin öhdəliklərinə uyğundur. Quyuda qazma tamamlanandan sonra əldə olunan göstəricilər təhlil ediləcək və onlar uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.

Xatırladaq ki, "Şəfəq-Asiman” bloku Bakıdan cənub-şərq istiqamətində təxminən 125 kilometr məsafədə yerləşir. Bu 1100 kvadrat kilometrə yaxın sahəni əhatə edir və ərazisində suyun dərinliyi 650-800 metr arasında dəyişir.

"Şəfəq-Asiman”ı "Şahdəniz” yatağından 60 kilometr və Səngəçal terminalından 145 kilometr məsafə ayırır. 2012-ci ildə bu müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramı həyata keçirilib. Seysmik məlumatların interpretasiyası 2015-ci ildə tamamlanıb. Sonra isə ilk quyunun yeri seçilib və qazma fəaliyyətləri planlaşdırılıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bununla bağlı deyib: "Bir müddət əvvəl biz tərəfdaş BP şirkəti ilə birlikdə "Şəfəq-Asiman” strukturunda seysmik kəşfiyyat işlərini uğurla başa çatdırdıq. İndi növbəti mərhələyə qədəm qoyaraq, kəşfiyyat quyusunun qazılmasına başlayırıq. Kəşfiyyat qazması strukturun potensialının tam dəqiqləşməsinə imkan yaradacaq. Qürurla deyə bilərik ki, bu gün "Şahdəniz”, "Azəri-Çıraq-Günəşli” və "Şəfəq-Asiman” kimi mürəkkəb layihələr çərçivəsində qazma işlərindən tutmuş dərin özüllərin inşasına kimi bütün əsas xidmətlər məhz Azərbaycan şirkətləri, SOCAR-ın müəssisələri tərəfindən həyata keçirilir. Bu da müstəqillik dövründə Azərbaycan neftçilərinin qazandığı ən mühüm nailiyyətlərdən biridir.”

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz bildirib ki, "Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik: "Bu dəniz blokunun irimiqyaslı qaz ehtiyatlarının kəşfi üçün xeyli potensialı var. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün böyük hazırlıq işləri aparılıb”.

SAX01 quyusu "Caspian Drilling Company” (CDC) tərəfindən idarə olunan Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Qazma zamanı təzyiqi tam idarə etmək imkanlarına malik olan bu qurğu keçən ilin noyabr ayında SAX01 quyusunda iş aparmaq üçün müqavilə əsasında götürülüb. Qurğu quyunun qazılacağı sahəyə gətirilib və burada əməliyyatların başlanmasına hazırlıq görülüb.

Quyunun ümumi dərinliyinin 7000 metrə çatacağı planlaşdırılır və qazma işlərinin təxminən doqquz ay davam edəcəyi gözlənilir.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM