Alternative content

07:04 28 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naxçıvanda “Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli” mövzusunda seminar-müşavirə olub
Naxçıvanda “Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli” mövzusunda seminar-müşavirə olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:18 25.01.2020


Naxçıvan şəhər 4 saylı Seçki Dairəsində keçirilən "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli” mövzusunda seminar-müşavirədə muxtar respublika üzrə dairə seçki komissiyalarının sədrləri və müavinləri, Şikayətlərin Araşdırılması Komissiyasının üzvləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini Əli Qədimov çıxış edərək Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2020-ci il fevralın 9-na təyin olunmuş seçkilərin muxtar respublikada şəffaf və azad keçirilməsi üçün zəruri tədbirlərin görüldüyünü bildirib. Vurğulayıb ki, seçki hüquqlarının təmin olunması sahəsində görülən işlər bu baxımdan əhəmiyyət kəsb edir.

"Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası” mövzusunda çıxış edən muxtar respublikanın Mərkəzi Seçki Komissiyasının baş məsləhətçisi Xəlil Əliyev bildirib ki, Seçki Məcəlləsinin 112-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.

Qeyd olunub ki, bu haqda şikayət yazılı verilir. Onun yazılı şəkildə verilməsi mümkün deyilsə, müstəsna hallarda şifahi, telefonla və ya elektron poçt vasitəsilə verilə bilər. Qanunvericiliyin tələbinə görə, məntəqə seçki komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən), məntəqə seçki komissiyaları sədrlərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlər müvafiq dairə seçki komissiyalarına, dairə seçki komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən), dairə seçki komissiyaları sədrlərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlər, həmçinin bir neçə seçki dairəsini əhatə edən (o cümlədən seçkiqabağı təşviqat qaydalarının pozulması ilə bağlı) şikayətlər Mərkəzi Seçki Komissiyasına təqdim edilir.

Vurğulanıb ki, Mərkəzi Seçki Komissiyasının qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət müvafiq apelyasiya instansiyası məhkəməsinə verilir. Bundan əlavə, şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı, cinayət işinin başlaması məqsədilə müvafiq prokurorluq orqanına müraciət edir. Mərkəzi Seçki Komissiyası hər bir şikayətə dair əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır.

Diqqətə çatdırılıb ki, Seçki Məcəlləsinin 112.10-cu maddəsində seçki komissiyalarına seçkilərin gedişi zamanı seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayət və müraciətlərə baxılması müddəti müəyyən edilib. Qanunvericiliyin tələbinə görə, hər bir şikayət və ya müraciət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. Həmçinin seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər. Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq müvafiq seçki komissiyasının qərarı ilə birlikdə dərc olunur (internet səhifəsində yerləşdirilir), şikayətçiyə çatdırılır və ya göndərilir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini Əsgər Novruzov "Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” mövzusunda çıxışında bildirib ki, ölkəmizdə vətəndaşların seçki hüquqları və onun təminatının qanunvericilik əsasları Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənir.

"Seçki Məcəlləsinin 115-ci maddəsində hansı şəxslər tərəfindən seçki hüququnun pozulmasına görə Azərbaycan Respublikasının Cinayət, Mülki və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq cinayət, mülki və ya inzibati məsuliyyət daşımaları göstərilib və seçki hüququnun pozulması və ya məhdudlaşdırılması kimi hesab edilən qanunazidd hərəkətlər sadalanıb”, - deyən Əsgər Novruzov qeyd edib ki, qanunvericiliyin tələbinə əsasən sadalanan əməllərin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq cinayət xarakterli əməllərin törədilməsinə görə məsuliyyət Cinayət Məcəlləsində, inzibati xətalara görə isə məsuliyyət İnzibati Xətalar Məcəlləsində göstərilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə isə sözügedən şəxslər ümumi əsaslarla mülki məsuliyyət daşıyırlar.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətini Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi təmin etdiyindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərin nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən yoxlanılır və təsdiq edilir. Naxçıvan Muxtar Respublikasında seçkilərin qanunda nəzərdə tutulmuş prinsiplər əsasında keçirilməsinin nəticəsidir ki, bugünədək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icraatına seçki hüquqlarının pozulmasına dair müraciət daxil olmayıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM