Alternative content

06:02 28 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir bənddə bəndlənən tarix...
Bir bənddə bəndlənən tarix...
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:17 25.01.2020


Qarabağda talan var,

Zülfün üzə salan var.

Gedirsən tez qayıt gəl,

Gözü yolda qalan var.

Bu bircə bənd indi nələri xatırlatmır bizə... Vurduqları yaraları biz unutsaq da, xislətindən əl çəkməyən, məkrli planlarını yenidən reallaşdırmaq üçün məqam gözləyən ermənilərin fitnəkarlığı... xalqımıza qarşı həyata keçirdikləri separatizm, terror aktları... özünü vətəninə əsgər seçən, döyüşə könüllü gedən Azərbaycan övladları... onların yollarına göz dikən analarının, atalarının, bacı-qardaşlarının, sevgililərinin nigaran, narahat baxışları... yada düşür...


Qarabağda talan var...


1987-ci illərin sonları... Biz həmin illərdə nəğmə oxuyurduq: "Qardaş olub Hayastan-Azərbaycan”... Ermənilər isə yenə ayıq tərpəndilər. Aranın qarışacağını duyar-duymaz toz basmağa qoymadıqları fitnə-fəsad dolu planlarına "əl gəzdirməkdə idilər”. Yenə "Böyük Ermənistan” xülyasına qapıldılar. Yenə Azərbaycandan torpaq qoparmaq niyyətində idilər. 1905-ci ildə, 1918-ci ildə olduğu kimi, ictimai-siyasi ab-havanın kəskinləşəcəyini duyaraq hərəkətə keçdilər... Erməni separatçıları hələ 1985-ci ildə Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ) ermənipərəst Mixail Qorbaçovun hakimiyyətə gəlməsilə daha da fəallaşdılar. O vaxtadək gizli fəaliyyət göstərən erməni "Qarabağ Komitəsi”, onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk” ("Durna”) açıq fəaliyyətə keçdi. "Miatsum” ("Birləşmə”) hərəkatı formalaşdırıldı. 1987-ci ilin axırlarından isə fitnəkar ermənilərin əməllərinin "nəticələri” göründü. Xankəndi (Sovetlər dövründə Stepanakert adlandırılırdı) və Ermənistan ərazilərində ermənilərin hücumları nəticəsində azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını başladı.

1988-ci ilin fevralından hadisələr gərginləşdi. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sessiyası vilayətin statusuna baxılması və Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi.

Fevralın 24-də Əsgəran rayonunda erməni separatçıları iki azərbaycanlı gənci qətlə yetirdilər, 19 nəfəri yaraladılar. Həlak olan o iki soydaşımız münaqişənin ilk qurbanları oldu.

Fevralın sonlarında Azərbaycanın böyük sənaye şəhəri Sumqayıtda erməni xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə qabaqcadan hazırlanmış qəsdlər törədildi. Sumqayıt hadisələrinin əsl səbəbləri və səbəbkarları tezliklə bəlli oldu. Məqsəd bu hadisəni bəhanə edərək Ermənistanda yaşayan azərbaycanlıların qovulması və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən çıxarılmasına nail olmaq idi. Tarixin müxtəlif dönəmlərində azərbaycanlılara qarşı həyata keçirilmiş erməni vəhşilikləri XX əsrin sonlarında yenidən tüğyan etdi. Bu dəfə erməni daşnaklarının ən böyük dəstəkçisi Qorbaçovun başçılıq etdiyi Sovet hökuməti idi.

SSRİ rəhbərliyi Azərbaycana qarşı daha bir dəhşətli cinayətə əl atdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törədildi. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpası haqqında bəyanat qəbul etdi. Oktyabrın 18-də isə dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Ancaq erməni millətçiləri azərbaycanlılara bu böyük tarixi günlərə ürəkdolusu sevinməyə imkan vermirdilər. Ermənistan Azərbaycana qarşı açıq şəkildə, ədalətsiz müharibə aparırdı. Qarabağda talan vardı...


Zülfün üzə salan var...


Onlar sevgi yaşındaydılar. Yollarını gözəllərin məhəbbət dolu oğrun baxışları izləyirdi. Qədd-qamətlərini analarının fərəhli nəzərləri oxşayırdı. Ataları onlardan bir boy uca oğullarını məmnun-məmnun süzür, xəyallar qururdular...

Çoxu evlənməmişdi, məhəbbət dolu günlərinin həyacanını yaşayırdı. Bənövşə ətirli sevgi məktublarını hələ sevdikləri hər kəsdən gizli saxlayırdılar. Məhəbbətini hələ də etiraf etməmişdi bəziləri. Yeni evlənənləri də vardı, övlad yolu gözləyənləri də, "ata” çağrılanları da... Ömürlərinin baharına qəfil duman çökdü...

Ermənilərin torpaq iddialarını başlanğıcda əksəriyyəti ciddi qəbul etmədi. "Erməni kimdir ki, bizdən torpaq ala?!” dedilər. Ancaq tarix təkrar olunurdu. Gözlərimiz önündə ermənilər çoxdankı arzularına çatdılar. Qərbi Azərbaycan torpaqlarından əsl sahiblərini son nəfərinədək qovdular. Dağlıq Qarabağa od saldılar. Vətən övladları bu odu söndürməli, silahsız, günahsız soydaşlarını hər cür qəddarlığı, vəhşiliyi özlərinə rəva görən yaraqlı ermənilərin hücumlarından qorumalı idilər.

Övladlar Vətən fəryadına hay verirdilər, Azərbaycanın ərazi bütövlüyü yolunda ya şəhid, ya da qazi olmağa gedirdilər...


Gedirsən tez qayıt gəl...


Qarabağdan uzaqlarda da hər evə, hər ocağa müharibə qoxusu yayıldı. Torpaqlarımızı qorumaq üçün gedən vətən övladları düşmənlə ağır döyüşlərdə idilər. Hər gün şəhid xəbərləri gəlirdi. Bütün el-oba şəhidinə yas tuturdu. Gənclərin hiddəti coşub daşırdı. Hərbi xidmətə çağırış yaşı artıq döyüşçü yaşı hesab olunurdu. Vətənpərvər gənclərin kimisi çağırış gününü həyəcanla gözləyir, kimisi də səbr edə bilmir, milli orduya könüllü yazılırdı. Çünki torpağı viran edilən, yurdu dağıdılan, qeyrətli övladları şəhid edilən, əsir götürülən, günahsiz soydaşları girov aparılan biz idik. Ona görə Azərbaycan döyüşçülərində vətənpərvərlik ruhu güclü idi. O ruhla vuruşan döyüşçülərdən düşmən torpaq ala biməzdi. Ancaq erməni qəsbkarları fitnəkarlıqdan əl çəkməyərək sovet imperiyasından hərbi güc almaqda davam edirdi.

Canlarını Vətənə sipər edənlərimizin neçəsinin ürəyinə dəyən düşmən gülləsi sol cibində gəzdirdiyi sevdiyinin şəklindən, sevgi məktubundan keçirdi... Şəhid edilən, əsir götürülən neçə-neçə döyüşçümüzün qulaqlarında həzin bir nəğmə kimi bu sözlər səslənirdi: "Gedirsən tez qayıt gəl”... Kiminə müharibəyə yola düşəndə son görüşlərində belə söyləmiş, kiminə məktubunda belə yazmışdı sevdiyi...


Gözü yolda qalan var...


O döyüşçülərin hər biri min-min arzu idi. Yenicə müstəqilliyinə nail olmuş Azərbaycanda hərəsi bir işin qulpundan yapışacaqdı. Qurub-yaradacaqdılar. Vətənin onlara ehtiyacı vardı.

Bir də... sevgidən pay alacaqdılar. Subaylar toy edəcək, evlilər ev quracaq, övlad böyüdəcəkdilər.

Onların hərəsi min-min ümid idi. Valideynlərinin ən böyük istəkləri onların çiynində məzara getməkdi. Ancaq atalar oğul tabutunun ağırlığını çiyinlərində deyil, ürəklərində daşıdılar... həm də ömürlük...

Elələri var ki, analarının toy boxçaları hələ də bağlı qalıb. Sevgi məktubuna nişan üzüyünü büküb ürəyinin başında saxlayanlar var. Heç birinin acı xəbərinə özlərini alışdıra bilməyib doğmaları. Əsgərinin şəhid edildiyinə, əsirlikdə həlak olduğuna hələ də inanmırlar. Hələ də gözü yolda qalanlar var...

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM