Alternative content

11:18 02 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Arzusu insanları ucaltmaq idi
Arzusu insanları ucaltmaq idi
ANA SƏHİFƏ / Mədəniyyət
01:13 25.01.2020


1950-ci ilin yanvarında Borçalıda dünyaya gəlməyini taleyinin ən xoş yazısı hesab edirdi Zəlimxan Yaqub. "Çünki o yerlərdə təbiət özü, dağlar özü möcüzədir” deyirdi. Şair kimi yetişməsində o kənd, o mühit çox böyük rol oynadı. Nağıllarımızı, dastanlarımızı, əfsanələrimizi, bayatılarımızı ilk dəfə o yurdun müdrik insanlarından eşitdi. Sözə, saza o yurdda heyran oldu. İlk şeirini orada qələmə aldı. Ona görə sinəsi tükənməz söz xəzinəsiydi.


"Dünyanın nə gözəl vaxtı görüşdük!”


Yaşının altmışında bir misrasından tutub "Zəlimxan müəllim, ömür yaşdan nələr çəkib?” deyə soruşmuşduq. O zaman səsi, sözü kimi özü də dağ çayları kimi gurlayan, həyat eşqi coşub-daşan şair söyləmişdi: "Kəndi Kəpənəkçi, mahalı Borçalı, paytaxtı Bakı, Vətəni Azərbaycan, dünyası Türk Dünyası, kainatı bütün bəşəriyyət olan bu ömür sazın, sözün, məclislərin, şifahi xalq ədəbiyyatının, yolların, səfərlərin ömrüdür. Bundan belə evdə əyləşib o ömürlə bağlı yüz kitab yazsam, yenə çatdıra bilmərəm”. O vaxtlar ölümün hənirtisini hər zaman yan-yörəsində duyduğunu desə də, yaşamağa inamının ondan daha güclü olduğu aşkar idi.

Abadlıq gətirdi bir viranlığa,

Gəlişin son qoydu lal qaranlığa,

Zəlimxan yenə də çatdı xanlığa,

Güldü gözəlliyin taxtı, görüşdük.

Ay salam göndərdi, Gün əhsən dedi

Dünyanın nə gözəl vaxtı görüşdük!

deyən Zəlimxan Yaqub keçdiyi yola, o yolda ondan asılı olmayaraq qoyub gəldiyi və onunla gələn insanlara çox bağlı idi. Özünün dediyi kimi, maddi deyil, mənəvi cəhətdən zəngin olan bir evdə böyümüşdü. Atası Yusif riyaziyyat müəllimi idi. Çox güclü mütaliəsi vardı. Anası Güllü xanım evdar qadınıydı. 1937-ci ildə, on yaşı olanda atasının - Sərdaroğlu Qurbanın həbs edilərək sürgünə göndərildiyini unutmamışdı Güllü xanım. Göz yaşlarını, qəmini, kədərini dilindən düşməyən bayatılarla anladırdı.

Şair danışırdı ki, ana babasını varlı-pullu olduğu üçün sürgün etməyiblər. Savadlı, qabiliyyətli, gözəl saz çalan, oxuyan, yaraşıqlı, məclislərdə boyu görünən, səsi eşidilən Sərdaroğlu Qurban yaşca cavan olsa da, kəndin say-seçmə ağsaqqallarından sayılıb. Elə bunun da güdazına gedib.

Anasının gözlərindəki o qüssə, o həsrət Zəlimxan Yaqubun bu dünyada görüb anladığı ilk kədər payı idi. Deyirdi: "Anamın nisgili, kədəri, atamın ziyalılığı, zəngin mütaliəsi başlanğıcım olub. Mənim üçün yollar ordan başlayıb. Yəni Zəlimxanı dünyaya gətirən ailə dünyanın bir parçası idi. Orda həm kitabın nuru, atanın qayğısı, həm ananın duru laylaları, dilinin duası olub. Gözümü açandan, ayağım yer tutandan məclislərdə, böyüklərin, ustad aşıqların, müəllimlərin yanında olmuşam. Baxışımdan, duruşumdan, sifətimin cizgilərindən, hərəkətimdən hiss eləyiblər ki, nəsə bu, qeyri-adi adamdır. Hamı başıma sığal çəkib. Soruşublar: "Ay oğul, bura gəl, başına dönüm, o, dünən bir söz deyib, nə təhər idi?”, "Bu şeir necə idi?”.

İlk şeirini 5-ci sinifdə oxuyanda yazıb. Hələ bitkin şeir olmasa da, anası oğlunun qabiliyyətini görə bilib, dayısına - Əməkdar müəllim Rəşid Acalova söyləyib. Rəşid müəllim şagirdindən - Zəlimxan Yaqubdan yazdığı şeiri oxumasını istəyib. Şeiri dinlədikdən sonra bacısı qızına söyləyib: "A Güllü, görərsən, bu, gələcəyin böyük şairi olacaq”.

El-obaya hay-küy düşüb: "Yusif müəllimin oğlu şair olub” deyiblər. Kimi söyləyib vergi, kimi də deyib buta verilib. "Buta məsələsi olmamışdı?” Zarafatla verdiyimiz suala ciddi cavab vermişdi şair: "Yox, buta-zad olmamışdı. Amma iki yuxunu təkrar-təkrar görürdüm. Bir həmişə görürdüm saz çalıram. Bir də yuxularda ömrüm boyu uçmuşam. Bu dağdan-o dağa... O uçuş bu gün də var. Yuxuda haralara qonmuşdumsa, həyatda onların hamısını gördüm. Mən o xoşbəxtlərdənəm ki, xəyalım gəzən yerləri özüm də gəzdim. Bağdaddan Buxaraya, Səmərqəndə, Nyu Yorka, Vaşinqtona, Yaponiyayadək...”

Oxuduğu orta məktəbdə adı əlaçı şagirdlərin siyahısında olsa da, doğrusunu yenə şair özü deyirdi: "Əlaçı deyildim. Riyaziyyatı çox zəif bilirdim və riyaziyyat müəllimləri həmişə mənə "5” qiymət verirdilər. Deyirdilər, sən get ədəbiyyatla məşğul ol. Əlaçı idim, amma yalançı əlaçı idim”.


"Nifrətin axırı düşmənçilik, məhəbbətin axırı dostluqdur”


Orta məktəbi 1967-ci ildə bitirib. Bakıya gəlib. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsinə daxil olub. Şeirlərini ilk dəfə 1971-ci ildə "Azərbaycan gəncləri” qəzetində şair Hüseyn Arif təqdim edib və ona uğurlu yol arzulayıb. O vaxtadək yuxularında gördüyü, əli çatmayan, ideal saydığı böyük şairlərlə dostluq etmək, oturub-durmaq, onlara şeir oxumaq, şeirlərini dinləmək xoşbəxtliyinə bu şəhərdə çatıb. Zəlimxan Yaqub fəxrlə danışırdı: "Yatanda yuxuma da girməzdi ki, gün gələr Osman Sarıvəlli, Hüseyn Ariflə müəllim-tələbə, ata-oğul olaram. Borçalıdan gətirdiyim məhəbbətin burda üstünə məhəbbət gəldi. Meydanım genişləndi, sözüm tutuldu, başıma qapaz vuran olmadı, əksinə, sığal çəkdilər, bağırlarına basdılar. Bu siyahını başlasam, əlli adamın adını çəkə bilərəm. Hamısından xoş xatirələr qalıb. Azərbaycanda xalq məhəbbəti, el sevgisi qazanan, dövlətdə, millətdə, sənətdə böyük nüfuz sahibi olan şəxsiyyətlərlə oturdum-durdum. Bu da mənim yaddaşımın hesabına olub. Onlar görəndə ki, bir şair şeirini oxuyur, yanılanda arxasını mən deyirəm, heyrətə gəlirdilər. Tofiq Bayram, Söhrab Tahir, Məmməd Araz, Hüseyn Arif, Osman Sarıvəlli də belə olub. Onların kitabxanaları yansa, kitablarını gəl mənim yaddaşımdan köçür. Şairlərə ilahi sevgim, məcnunluğum həmişə olub”.

Ədəbiyyatda böyük-kiçikliyin gözlənilməsinin tərəfdarı idi. "Biz o tərbiyəni görmüşük, - deyirdi. - Özümüzdən əvvəlki nəslə böyük ehtiramımız olub. İndi gəncliyə də qayğımız var. Amma çox təəssüflər olsun, ötən əsrin 60-cı illərinin nəsli deyilən nümayəndələr 1980-1990-cı illər ərəfəsində bir dedi-qodu başladılar və bu, cavanlara o dəqiqə sirayət etdi. Bu günün cavanlarının səksən faizi yaradıcılıqla, mütaliə ilə yox, bir-birini söyməklə, qəzetdə təhqir etməklə məşğuldur. Bu, çox ağrılı məqamdır. Ədəbiyyat ədəb sözü ilə başlayır. İnsanlar arasında hörmət, ehtiram olmalıdır. Bunlar olmayan yerdə ədəbiyyat yoxdur. Xoş söz eşitməsən, xoş münasibət görməsən, hansı enerji ilə yazacaqsan? Gərək adət-ənənəyə, kökə, yaddaşa, tarixə, keçmişə ehtiramla yanaşasan. Bu, ədəbiyyatda da davam etməlidir. Etməyəndə qırılır və arada uçurum yaranır. İstedadlı hansı sahədə yazsa, böyük uğur olacaq. Burada janr, forma yox, məzmun, mahiyyət əsasdır. Bir də xeyirxah niyyətlə yaşamaq lazımdır. Belə olanda nəticə gözəl olur. Nifrətin axırı düşmənçilik, məhəbbətin axırı dostluqdur”.


"Mənəm haqqın aşığı”


Dörd övlad böyüdüb tərbiyə etmişdi. "Necə hərəkət eləyirsən, övladın, nəvən də elə davranır, - deyirdi. - Otuz ildən artıqdır ailə sahibiyəm. Atama qarşı necə olmuşamsa, övladlarımdan da elə münasibət görürəm. Ailə sağlam olmalıdır. Birdəfəlik, birmənalı şəkildə bilin, kimin yumruğu havadadırsa, kim ürəklə danışırsa, deməli, o, evdəki qeyrətli qadınla, sağlam ailə ilə bağlıdır. Ailəsində çat olan adam heç vaxt ürəklə danışa bilməz”.

Onu saatlarla yorulmadan dinləmək olardı. Duzlu-məzəli söhbətləri də vardı. Həm özü, həm də başqa şairlər, yazıçılar barədə lətifələr danışırdı. "Şair folklorlaşa bilmirsə, deməli, o, şair deyil”, - deyirdi.

Həyatda bir idealı vardı: insanları ucaltmaq. Danışırdı ki, kimin haqqında danışmışamsa, onu yüksəltmişəm: "Yəni insandırsa, o yüksəlməyə layiqdir. Axı insanın nə qədər ömrü var? Niyə bir-birimizi didməliyik? Hamımız bu dünyada qonağıq, gedəcəyik o dünyaya. Qonağa hörmət lazımdır. Gözəllə, gözəlliklə, dostla, eloğluyla yaşa, məclislərdə boy göstər, qoy millət feyziyab olsun. Biz kimik ki? Göydə Allah var, hər şeyi O özü yerbəyer eləyəcək”. Ona görə yazırdı şair:

Mənəm haqqın aşığı,

Söz haqqın yaraşığı.

Eşqim Allah işığı,

Haqq adlı dostdan gəldim.

Həyatının başlanğıcından bir cığır tutdu. O cığır ədəbiyyatın müqəddəs yoluna qovuşdu, əbədiləşdi. O, gənc yaşlarından sevilən şair idi. Şeirləri dillər əzbəridir. Möhkəm, sarsılmaz, həmişə xəstəliyə meydan oxuyan şair gün gəldi çarəsiz xəstəliklərlə yoldaşlıq etdi. Həyatı hər zaman hamar keçməmişdi. Gördüyü çətinliklər, qarşılaşdığı nadanlarla, laqeydlərlə mübarizələrin ağrıları idi bəlkə sonralar canında dolaşan, həkimlərin dilindən eşitdiyi müxtəlif adlı xəstəliklər...

Zəlimxan Yaqub 2016-cı il yanvarın 9-da gözlərini bu dünyaya əbədi yumdu. Yanvarın 11-də Fəxri xiyabanda torpağa tapşırıldı. Son mənzilə çiyinlərdə gedən şair sevənlərinin könlündə geri döndü...

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM