Alternative content

06:13 28 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclərin kənd təsərrüfatı mütəxəssisi olmağa maraqları ildən-ilə artır
Gənclərin kənd təsərrüfatı mütəxəssisi olmağa maraqları ildən-ilə artır
ANA SƏHİFƏ / Təhsil
01:12 25.01.2020


Bir əsrə yaxın şərəfli yol keçən Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizin aqrar sektoru üçün minlərlə yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisi hazırlayıb və bu gün də bu ali təhsil müəssisəsi kadr hazırlığında öz sözünü deyir. Əvvəlki illərdən fərqli olaraq indi burada bazar iqtisadiyyatına rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması üçün geniş imkanlar yaradılıb. Müasir şəraitdə kadr hazırlığına yanaşma da tamamilə fərqlənir.

Son illər aqrar sahənin inkişafına göstərilən diqqət və qayğı bu ali təhsil müəssisəsinin də sürətli inkişafına səbəb olub. Ölkə rəhbərinin göstərdiyi qayğının nəticəsidir ki, son 7 ildə universitetdə xarici qonaqları da heyrətə gətirəcək işlər görülüb. Azərbaycan standartları çərçivəsində iki tələbə evi istifadəyə verilib. Heyvandarlıq və atçılıq kompleksləri, quşçuluq, balıqçılıq, arıçılıq tədris mərkəzləri, baytarlıq və bitki klinikaları yaradılıb, ilin bütün fəsillərində məhsul yetişdirmək üçün istixanalar fəaliyyət göstərir. Hazırda isə ən böyük tədris korpusunun və peşə liseyinin inşası davam etdirilir.

Zamanın tələbindən yaranan yeniliklərə, maddi-texniki bazaya, müasir tədris və təcrübə şəraitinə, laboratoriyalara malik olan universitetə gənclərin marağı ildən-ilə artır. Bunu son illər bu ali təhsil ocağına qəbul olunan tələbələrin say və keyfiyyət tərkibində də görmək olar. 400-670 arasında bal toplayan abituriyentlər arasında Azərbaycan Dövlət Aqrar Universitetini seçənlərin sayında artım qeydə alınmışdır. Universitetdə professor-müəllim heyətinin tərkibi cavanlaşmış, perspektivli və xarici dilli mütəxəssislərin sayı artmışdır. Artıq 6000-dək tələbəsi olan ADAU-da bu gün Azərbaycan dili ilə yanaşı, 10 ixtisasda rus, 6 ixtisasda ingilis dillərində tədris aparılır. 14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında həyata keçirilir.

Tədrisdə vacib məsələlərdən biri də istehsalat təcrübəsidir. Tələbələr bölgələr üzrə müxtəlif müəssisələrdə istehsalat təcrübəsində olurlar. Saatlı rayonunda "Aqrarco” MMC, Şəmkir rayonunda M.Musayev adına təsərrüfat, İsmayıllı rayonunda "AzzaAqro” QSC, Neftçala rayonunda "Qaraqaşlı Broyler” ASC, Ucar rayonunda "Müsüslü Quşçuluq Damazlıq” təsərrüfatı tələbələrin nəzəri biliklərinin təcrübədə zənginləşdirilməsində böyük rol oynayır.

Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi bu gün də uğurla davam etdirilir. Uzun illər baxımsızlıqdan bərbad hala düşmüş tədris-təcrübə təsərrüfatı əsaslı şəkildə yenidən qurulmuşdur. Qısa müddət ərzində xarici ölkələrdən 30 baş iribuynuzlu damazlıq heyvan gətirilmiş, təcrübə sahələrindən 40 ton arpa, 5,4 ton buğda və 3 ton qarğıdalı yığılmışdır. Mövcud üzüm bağından isə xeyli üzüm toplanmışdır. Təsərrüfatda heyvanları gündəlik yaşıl yemlə təmin etmək üçün 2 hektarda yonca səpini aparılmışdır. Bütün bu işlər isə universitetin maşın-traktor parkında olan texnikaların vasitəsilə həyata keçirilmişdir.

Respublikamızda kənd təsərrüfatı kadrları hazırlayan bu yeganə təhsil ocağında yaradılan şəraitin nəticəsidir ki, tələbələr həm tədris prosesində, həm də imtahan sessiyasında heç bir çətinliklə üzləşmirlər. Hazırda universitetdə payız imtahan sessiyası keçirilir. Ümumiyyətlə, payız və yaz semestr imtahan sessiyalarının təşkili bir qayda olaraq universitet rektorunun əmri ilə həyata keçirilir. Həmin əmrə əsasən "qaynar xətt” yaradılır, apelyasiya komissiyası fəaliyyət göstərir. Şəffaflığın, obyektivliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilir. Kütləvi informasiya vasitələri nümayəndələrindən və valideynlərdən ibarət nəzarət qrupu yaradılır. İmtahan başlamazdan əvvəl isə fakültə dekanlarının, kafedra müdirlərinin, akademik məsləhətçilərin, eləcə də aidiyyəti struktur bölmələri rəhbərlərinin iştirakı ilə geniş iclas keçirilir. İmtahan sessiyasının nəticələrinə görə yüksək göstəriciləri olan tələbələrə büdcədənkənar vəsait hesabına stimullaşdırıcı təqaüdlərin verilməsi də təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

Hazırda respublikamızın digər ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dövlət Aqrar Universitetində də payız imtahan sessiyası uğurla davam edir. Universitetin tədrisə nəzarət komissiyasının sədri Arif Qazıyevlə birlikdə bir neçə fakültənin imtahanlarını izlədik. Şəffaflığın və obyektivliyin qorunması ilə əlaqədar tələbələrlə görüşdük və onların fikirlərini öyrəndik. Elektrik mühəndisliyi fakültəsinin 4-cü kurs tələbələri Nicat Abdullayev və Müslüm Əhmədov, aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Leyla Əlizadə imtahanların olduqca obyektiv keçirildiyini qeyd etdilər.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM