24 Yanvar 2020 23:09
529
İQTİSADİYYAT
A- A+

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan karbamidi növbəti dəfə Türkiyəyə nəql edilib


"ADY Konteyner” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə Azərbaycan karbamidinin Türkiyəyə növbəti nəqlini həyata keçirib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, "SOCAR Karbamid” zavodunda istehsal edilən məhsul ilk dəfə olaraq "Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 40 futluq konteynerlərlə daşınacaq. Daşımanı "ADY Konteyner” MMC həyata keçirir. Ümumilikdə 1000 ton karbamidin Türkiyədəki alıcıları "SIRKENLI TARIM URUNLERI TIC VE SAN A.S.” və "VOLTRADE Ithalat Ihracat San. Ve TIC. A.S.” şirkətləridir. Bu gün "ADY Konteyner” MMC-nin Sumqayıt terminalından yola salınan 19 konteynerdən ibarət ilk qatar 500 ton məhsulu İskəndərun şəhərinə çatdıracaq. Yaxın günlərdə yola düşəcək 500 ton karbamid yüklənmiş 19 konteynerdən ibarət növbəti qatarın təyinat məntəqəsi isə İzmir şəhəridir.

Növbəti aylar ərzində bu marşrutla Türkiyəyə ümumilikdə 4000 ton karbamid məhsulunun çatdırılması planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video