24 Yanvar 2020 18:17
783
SİYASƏT
A- A+

Mixail Şvıdkoy: Bu konfrans Moskva ilə Bakı arasında münasibətlərin səviyyəsini əks etdirir


"Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransı paytaxt şəhərlərimiz arasında olan münasibətlərin səviyyəsini əks etdirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy söyləyib.

Rusiya Prezidentinin nümayəndəsi qeyd edib ki, bu münasibətlər nəinki humanitar, eyni zamanda, iqtisadiyyat, mədəniyyət və elm sahələrində əməkdaşlığı əhatə edir. Əlbəttə ki, rəsmi Moskva Azərbaycana vacib strateji tərəfdaş kimi baxır.

"Bizim böyük planlarımız var. Bizim bir-birimizə olan münasibətimizi sübut etməyimizə ehtiyac yoxdur. Bu günlərdə Polad Bülbüloğlunun Moskvada keçirilən yubiley konserti çoxlu sayda insanları bir araya gətirdi. Bu, mədəniyyət sahəsində əlaqələrin dərin kökə malik olduğuna bir işarə idi”, - deyə Mixail Şvıdkoy bildirib.

Prezidentin nümayəndəsi Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən də bəhs edib. O, qlobal hadisəyə çevrilən forumun Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına təsir etdiyini, dünyanın xeyli ölkəsindən nümayəndələri özünə cəlb etdiyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video