24 Yanvar 2020 17:45
562
DÜNYA
A- A+

Vaşinqton İrana qarşı sanksiyaları genişləndirdi


ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət idarəsinin (OFAC) mətbuat xidmətindən verilən məlumata görə, Vaşinqton İran İslam Respublikası ilə əlaqəli iki fiziki şəxsi və altı şirkəti sanksiya siyahısına daxil etmişdir.

Məhdudiyyətlər "Triliance Petrochemical” şirkəti ilə əlaqəsi olan İran vətəndaşı Əli Bayandoryana və "Shandong Qiwangwa Petrochemical Co.” şirkəti ilə işləyən Çin vətəndaşı Çji Tsinvanqa şamil edilmişdir. Adıçəkilən şirkətlər "qara siyahı”da yer almışdır.

Bundan əlavə, məhdudlaşdırıcı tədbirlər Birləşmiş Ərəb Əmirliklərinin "Beneathco DMCC” və daha üç Çin şirkətinə – "Jiaxiang İndustry Hong Kong Limited”, "Peaktiew İndustry Co. Limited”, "Sage Energy HK Limited”ə qarşı tətbiq edilmişdir. ABŞ Maliyyə Nazirliyi iddia edir ki, bu şirkətlərin İran neftinin qanunsuz ixracında əli var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video