Alternative content

05:40 29 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
02:16 29.02.2020 Haqq nazilər, üzülməz
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri ilə görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri ilə görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:37 24.01.2020

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Salyan rayonunda həmin rayonun sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl Sahil Babayev və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli liderimiz Heydər Əliyevin Salyan şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini yad ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlarla görüş zamanı nazir Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq sosial sahədə aparılan islahatlar, pensiya və müavinətlərin, təqaüdlərin ciddi şəkildə artırılması, reabilitasiya və sosial xidmət sisteminin müasirləşdirilməsi və genişləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib. O, eyni zamanda, 2020-ci ildə sosial sahədə aparılacaq islahatları qeyd edib, sosial inkişaf sahəsində əldə olunan uğurların qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.

Qəbul zamanı vətəndaşların sosial təminat növləri üzrə hüququn müəyyən edilməsi, məşğulluğun təminatı, özünüməşğulluq və peşə hazırlığı proqramlarına, bərpa müalicəsinə cəlb olunma, əlilliyin qiymətləndirilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan bir sıra məsələlərin həlli ilə əlaqədar yerindəcə tədbirlər görülüb. Ayrı-ayrı vətəndaşların aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb olunması, sosial xidmətlərlə təmin edilməsi və s. tapşırılıb. Sorğu xarakterli müraciətlərlə bağlı ətraflı izahatlar verilib.

Salyan rayonunda olarkən Sahil Babayev rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovla birlikdə həmin rayonda özünüməşğulluq proqramının iştirakçıları ilə görüşüb, proqram çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirib.

Ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Salyan rayonunda 1321 nəfər münasib işlə, "İşsizin DOSTu” proqramı çərçivəsində isə rayonda 631 nəfər ödənişli ictimai işlə təmin edilib. Salyanda 2019-cu ildə əvvəlki illə müqayisədə 50 faiz çox olmaqla 151 nəfər işsiz və işaxtarana özünüməşğulluq proqramı əsasında mal və materiallar formasında aktivlər verilməklə onların kiçik ailə müəssisələri yaradılıb. Onlardan 100-dən çoxu müharibə veteranları, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alan və ya çoxuşaqlı ailələrin üzvləridir.

Proqram iştirakçıları aztəminatlı ailələrin sahibkarlığa keçid imkanına malik olmağa və gəlirlərini artırmağa dəstək olan özünüməşğulluq proqramının icrasına və bu proqramın ildən-ilə daha da genişləndirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Cəlilabad rayonunda həmin rayonun, nazir müavini Vüsal Nəsirli isə Biləsuvar rayonunda Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM