Alternative content

05:02 29 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
02:16 29.02.2020 Haqq nazilər, üzülməz
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin hesabatı dinlənilib
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin hesabatı dinlənilib
ANA SƏHİFƏ / Elm və texnika
17:34 24.01.2020

Yanvarın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş – AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimovaya yubiley medallarını təqdim edib.

AZƏRTAC xəbər verir ki, tədbiri akademik Ramiz Mehdiyev açaraq AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərini əks etdirən hesabatlarının dinləniləcəyini bildirib.

Sonra AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova bölmənin hesabat məruzəsini təqdim edib. Akademik diqqətə çatdırıb ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətlərində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, AMEA-nın ümumi yığıncağının və Rəyasət Heyətinin qərarları əsas götürülüb.

Akademik İradə Hüseynova hesabat ilində bölmənin institutlarında biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi və məlumat bazalarının yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom və proteom tədqiqatları, yeni biotexnologiyaların fundamental əsaslarının işlənilməsi, patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının hazırlanmasında, reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi və digər istiqamətlər üzrə aparılmış tədqiqatlar haqqında məlumat verib. Bildirib ki, ötən il 18 problem, 90 mövzu, 267 iş üzrə tədqiqatlar aparılıb, 483 mərhələdə 29 mövzu və 111 iş tamamlanıb. Akademik tədqiqatların nəticələri üzrə 8 işin tətbiq olunduğunu da əlavə edib. O, AMEA-nın Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən və fundamental elmi problemlərin həllinə yönəldilmiş beş multidissiplinar elmi-tədqiqat proqramının icrasının müvəffəqiyyətlə aparıldığını nəzərə çatdırıb.

İradə Hüseynova 2019-cu ildə bölmənin institutlarında aparılmış tədqiqatlardan alınmış 15 ən mühüm nəticədən bəzilərini diqqətə çatdırıb, eyni zamanda, bölmədənkənar tibb və aqrar elm və təhsil müəssisələrində əldə edilmiş elmi nəticələr haqqında məlumat verib.

Elmi müəssisələrin əməkdaşlarının 2019-cu ildə müxtəlif respublika və xarici beynəlxalq qrant layihələrində iştirak etdiyini qeyd edən məruzəçi vurğulayıb ki, alimlər müxtəlif fondlar tərəfindən maliyyələşdirilən və 25-i xarici alimlərlə birgə olmaqla 50 layihə əsasında tədqiqatlar aparıblar. Hesabat ilində bölmənin institutları tərəfindən 2-si xaricdə olmaqla 11 patent alınıb.

Bölmənin nəşriyyat fəaliyyətindən danışan akademik bildirib ki, 2019-cu ildə 991 elmi əsər, o cümlədən 4-ü xaricdə olmaqla 16 kitab, 4-ü xaricdə olmaqla 17 monoqrafiya nəşr edilib. Elmi müəssisələrin əməkdaşları hesabat ilində 338-i xaricdə olmaqla 594 məqalə dərc etdiriblər ki, bunların da 148-i impakt faktorlu jurnallarda işıq üzü görüb. 224-ü xaricdə olmaqla 364 tezis, həmçinin 7 dərslik və elmi-kütləvi nəşr dərc olunub, istinadların sayı isə 3072-dir.

Kadr hazırlığından danışan akademik bildirib ki, 2019-cu ildə bölmə institutlarında doktoranturada fəlsəfə doktorluğu üzrə 52 nəfər, elmlər doktorluğu üzrə 22 nəfər təhsil alıb, 24 nəfər isə doktoranturanı bitirib, 9 elmlər, 16 fəlsəfə doktorluğu dissertasiyası müdafiəyə hazırlanıb. Eyni zamanda, dissertanturada fəlsəfə doktorluğu üzrə 94, elmlər doktorluğu üzrə 38 nəfər tədqiqat aparıb.

Hesabat ilində bölmənin institutları üzrə 25 nəfərin magistraturaya qəbul olunduğunu deyən akademik 20 nəfərin magistraturanı bitirdiyini və hazırda 40 nəfərin təhsilini davam etdirdiyini vurğulayıb.

Elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlər haqqında məlumat verən akademik bildirib ki, hesabat ilində ölkənin bir sıra universitetinin müvafiq kafedraları ilə əlaqələr genişləndirilib və institutların əksəriyyətində universitetlərin baza kafedraları və filialları fəaliyyət göstərir.

İradə Hüseynova bölmənin beynəlxalq əməkdaşlıq fəaliyyətindən də danışıb: "Bölmə institutlarında 9 beynəlxalq laboratoriya fəaliyyət göstərir. 40-dan çox ölkənin 80-ə yaxın elmi-tədqiqat və təhsil müəssisəsi, genbankları, nəbatat bağları, eləcə də beynəlxalq mərkəz və təşkilatlarla elmi əlaqələr inkişaf etdirilib, 14 yeni müqavilə bağlanıb. Bölmə institutlarının 70-dən çox əməkdaşı 38 beynəlxalq konfrans və simpoziumda məruzələrlə çıxış ediblər. İl ərzində yüzlərlə xarici alim, beynəlxalq mərkəzlərin rəhbər və mütəxəssisləri bölmədə və institutlarda olub, onlarla mövcud layihələrin icrası, perspektiv əməkdaşlıqla bağlı müzakirələr aparılıb”.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM