Alternative content

04:55 29 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
02:16 29.02.2020 Haqq nazilər, üzülməz
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Şirvan və Kürdəmirdə vətəndaşları qəbul edib
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Şirvan və Kürdəmirdə vətəndaşları qəbul edib
ANA SƏHİFƏ / Təhsil
17:13 24.01.2020

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyi Şirvan və Kürdəmirdə vətəndaşları qəbul edib.

AAYDA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin idarə heyətinin sədri Saleh Məmmədov Şirvan şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl AAYDA-nın idarə heyətinin sədri və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra "Gənclər evi”ndə keçirilən qəbulda Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyəti sədrinin müavini Əvəz Qocayev isə Kürdəmir rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə AAYDA-nın idarə heyəti sədrinin müavini Əvəz Qocayev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı sözügedən rayondan olan vətəndaşların müraciətinə baxılıb.

Hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM