24 Yanvar 2020 15:16
500
SİYASƏT
A- A+

Aurelia Qriqoriu: Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək şəxslərin yer alacağına ümid edirəm


Azərbaycanda formalaşacaq parlamentdən islahatların həyata keçirilməsində və qarşıda duran vəzifələrin icrasında daha keyfiyyətli dəyişikliklər gözləyirəm.

AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova nümayəndəliyinin direktoru, tanınmış hüquqşünas Aurelia Qriqoriu deyib.

Onun sözlərinə görə, istənilən dövlətin inkişafında qanunverici orqanın keyfiyyətinin mühüm əhəmiyyəti var.

"Azərbaycan Prezidentinin fəaliyyəti çox perspektivlidir və necə deyərlər, zamanı qabaqlayır. Bu mənada, parlamentin də fəaliyyəti ölkənin qarşısında duran vəzifələrə uyğun olmalıdır”, - deyə o vurğulayıb.

Aurelia Qriqoriu yeni formalaşacaq parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək mütərəqqi və yaradıcı insanların yer alacağına ümid etdiyini söyləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video