24 Yanvar 2020 15:11
435
SİYASƏT
A- A+

Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın rəhbərliyi ilə "Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransında iştirak etmək üçün Bakıya gəlmiş Rusiya nümayəndə heyəti yanvarın 24-də Fəxri xiyabana gedib, orada Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, dünya şöhrətli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin də xatirəsi yad edilib, məzarı üstünə tər çiçəklər qoyulub.

Mixail Qusman jurnalistlərə müsahibəsində vurğulayıb ki, Rusiya ilə Azərbaycanı həm mədəniyyət sahəsində, həm də başqa sferalarda sıx dostluq telləri bağlayır. Onun sözlərinə görə, "Bakı-Moskva: mədəniyyətlərin dialoqu” kimi tədbirlərin keçirilməsi ölkələrimizin humanitar əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayır.

M.Qusman xüsusi qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bərqərar olmasına böyük töhfə verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video