24 Yanvar 2020 12:36
1150
Elm və texnika
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasında Hesablama Palatasının sədri ilə görüş keçirilib


AMEA Rəyasət Heyətində akademiya əməkdaşlarının Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşü keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görüşün Azərbaycan Respublikasının daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanının rəhbəri Vüqar Gülməmmədovun akademiya əməkdaşlarını maraqlandıran sualları cavablandırmaq və onlara tövsiyələrini vermək məqsədilə təşkil edildiyini diqqətə çatdırıb.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb, prioritet istiqamətlərdən ətraflı söz açıb. Qeyd edib ki, AMEA-nın 2019-cu il dekabrın 28-də keçirilmiş ümumi yığıncağında qəbul edilmiş "AMEA-nın 2020-2025-ci illər üzrə inkişaf proqramı” strateji istiqamətləri ilə böyük əhəmiyyət kəsb edir. AMEA-da qarşıya qoyulan məqsədlərə çatmaq üçün elmin inkişafına dair proqramın prioritet istiqamətlər kimi qəbul edilməsi ölkəmizdə elmin yüksək templə inkişafı ilə yanaşı, akademiyaya müxtəlif qurumlarla səmərəli iş birliyinə imkan verən sistemin qurulmasına şərait yaradacaq.

Həmçinin dövlət əmlakının idarə edilməsi, büdcə vəsaitlərinin dövlət qurumları tərəfindən istifadə qaydaları və s. barədə ətraflı bəhs edən Hesablama Palatasının rəhbəri bir sıra vacib məsələlər barədə tövsiyələrini bildirib.

Sonra V.Gülməmmədov AMEA əməkdaşlarının suallarını cavablandırıb. Sual-cavab müzakirələrində AMEA Rəyasət Heyətinin üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi işçilər iştirak ediblər.

Sonda akademik Ramiz Mehdiyev rəsmi dövlət qurumlarının rəhbərləri ilə AMEA əməkdaşlarının belə formatda görüşlərinin davam etdiriləcəyini diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video