24 Yanvar 2020 10:37
462
SİYASƏT
A- A+

Jan-Pyer Günyüt: 20 Yanvar hadisələri zamanı sovet tankının toy maşınının üzərindən keçməsi insanlığa qarşı böyük cinayətdir


Azərbaycan diplomatları 20 Yanvar hadisələri ilə bağlı təhlili fikirlərini söylədilər. Belə çıxışlar çox nadir hallarda olur. Bu çox maraqlı idi və hadisələri daha yaxşı anlamağa imkan verir. 20 Yanvar faciəsindən əvvəl planlaşdırılmış, səhnələşdirilmiş hadisələr sovet qoşunlarının şəhərə daxil olmasını əsaslandırmaq üçün idi və bunlar hadisələrin məhz hansı istiqamətə yönəldiyini göstərirdi. Bir daha diplomatların fikirləri ilə razı olduğumu bildirirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransanın ölkəmizdəki keçmiş səfiri Jan-Pyer Günyüt deyib.

Bildirib ki, həmin ərəfədə Bakıda sovet xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş iğtişaşı unutmaq olmaz: "Bundan bir neçə gün əvvəl Sumqayıt hadisələri törədildi. O hadisələrin şahidləri də qeyd edirlər ki, gənc azərbaycanlılar qətlə yetirilmək təhlükəsində olan ermənilərin yaşadığı binaları, küçələri müdafiə edirdilər. Sovet qoşunlarının şəhərə daxil olmasından Bakı sakinlərinin əksəriyyəti çaş-baş qalmışdılar. Bakılılar küçələrdə törədilən vəhşi hadisələrdən mat-mətəl qalmışdılar. Bu hadisələri XX əsrin əvvəlində olduğu kimi, ÇK deyil, bu dəfə sovet polisi törətmişdi. Çox qəribə olan budur ki, sovet xüsusi xidmət orqanları tərəfindən təşkil edilən və törədilən hadisələrin təhqiqatına elə sovet ekspertləri təyin olundu”.

Jan-Pyer Günyüt vurğulayıb ki, sovetlərin belə hadisələr törətməkdə artıq böyük təcrübəsi var idi. Sovetlər Bakıya guya iğtişaşı dayandırmaq üçün daxil olduqlarını desələr də, Bakıda süni yaradılan iğtişaşlar artıq iki gün idi dayanmışdı. Sovet qoşunları dinc şəhərə soxuldular və 20 Yanvar hadisələrinin əsas faciəvi məqamı budur. Hadisələr əvvəlcədən hazırlanmışdı.

"Bakıda olduğum illərdə, sovetlərin törətdiyi bu ən qanlı hadisələrlə bağlı sənədlərlə tanış olmuşdum. Ancaq insanı xüsusilə şoka salan toy kortecinə olan münasibətdir. Sovet tankı toy üçün bəzədilmiş maşının üzərindən keçib. Bu böyük cinayətdir, insanlığa qarşı cinayətdir. Bu hadisələr o dövürkü rəhbərlərin düzgün hesablaması deyildi. Çünki elə bu hadisələr SSR-nin iflasını daha da sürətləndirdi. Düşünürəm ki, 30 il sonra bu hadisələrin xatırlanması, məsum insanların xatirəsinin anılması çox vacibdir”, - deyə J.-P. Günyüt söyləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video