Alternative content

23:48 20 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
ANA SƏHİFƏ / SİYASƏT
09:36 24.01.2020

Diasporla İş üzrə Dövlət Komitəsi "Könüllülər ili” çərçivəsində "Azərbaycan Diaspor Könüllüləri” proqramında iştirak üçün yeni könüllülərin qeydiyyatına başlayıb.

AZƏRTAC xəbər verir ki, proqramın daha zəngin və genişmiqyaslı olması ilə əlaqədar Dövlət Komitəsində tədbirlər planı hazırlanıb və ardıcıllıqla həyata keçirilməsi nəzərdə tutulur. Ümumilikdə 50-yə yaxın istiqaməti əhatə edən tədbirlər planında konfrans, dəyirmi masa, müxtəlif sosial aksiyaların keçirilməsi planlaşdırılır. Tədbirlərin təşkilində komitə əməkdaşları ilə yanaşı, "Azərbaycan Diaspor Könüllüləri” proqramının məzunları da iştirak edəcəklər.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi "Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərinə əsaslanaraq 2019-cu ilin mart ayından etibarən "Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama başlayıb. Proqramda iştirak üçün 609 gənc müraciət edib. Gənclərin kütləvi müraciətini nəzərə alaraq, ötən ilin aprel ayının 24-də Nizami Kino Mərkəzində könüllü olmaq istəyən gənclərlə komitə rəhbərliyinin görüşü keçirilib. Həmin dövrdən etibarən isə gənclər hissə-hissə təlimlərə cəlb edilir.

Proqram çərçivəsində könüllülərin Dövlət Komitəsində xaricdə yaşayan azərbaycanlılarla görüşləri, breyn-rinq intellektual yarışı, Norveç Krallığı, Kanada, Yunanıstan, Almaniya, Amerika, Polşa, Türkiyə, Şimali Kipr Türk Respublikası və s. xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərlə video-konfransları təşkil edilib.

Bütün bunlarla yanaşı, "Azərbaycan Diaspor Könüllüləri” ilk DOST mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyü ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi "Nə? Harada? Nə zaman?” intellektual turnirdə Dövlət Komitəsini təmsil edib.

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə "Diaspor Könüllüləri” həm sosial şəbəkələrdə müxtəlif sosial aksiyalar təşkil edib, həm də Bakı şəhərinin mərkəzində uşaqlara və xarici qonaqlara üçrəngli bayrağımız və Dövlət Bayraq Günü ilə bağlı informasiyalar verib, uşaqlara və qonaqlara bayraqlar hədiyyə edib. Bunlardan başqa "Azərbaycan Diaspor Könüllüləri”nin Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevlə görüşü keçirilib. Proqram iştirakçıları Cocuq Mərcanlıya səfər edib və Qarabağımızın bir parçası olan Cocuq Mərcanlıda görülən işlərlə yaxından tanış olublar.

Qeyd edək ki, həyata keçirilən bütün tədbirlər haqqında məlumatlar həm Dövlət Komitəsinin rəsmi internet saytında (diaspor.gov.az) Azərbaycan Diaspor Könüllüləri üçün xüsusi bölmədə yerləşdirilib, həm də sosial şəbəkələrdə geniş yayılıb.

Könüllü fəaliyyət göstərmək üçün müraciət forması: http://diaspor.gov.az/volunteers/


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM