24 Yanvar 2020 01:08
3770
SİYASƏT
A- A+

Ölkəmiz qarşıya qoyduğu hədəflərə çatır


Dünya İqtisadi Forumunda bu fikir bir daha vurğulandı


Azərbaycanın həyata keçirdiyi enerji, nəqliyyat, infrastruktur və iqtisadiyyatın digər sahələrini əhatə edən layihələri regionun həyatında mühüm əhəmiyyət daşıyır. Bu, Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində keçirilən görüşlərdə bir daha vurğulanıb.

Tədbirin gedişində önəm kəsb edən məsələlərdən biri Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunun imzalanması olub. Qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsi məqsədini daşıyır.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Prezident İlham Əliyevlə görüşündə əmin olduğunu bildirib ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq. "Siz qarşınıza hədəf qoyanda, onu həyata keçirirsiniz” deyib.

Avropa Yenidənqurma və İnkişaf Bankı da Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir. Bu, dövlət başçısının sözügedən bankın prezidenti Suma Çakrabarti ilə görüşündə qeyd edilib. Görüşdə bildirilib ki, Azərbaycanda mövcud investisiya mühiti son dövrlərdə daha da yaxşılaşıb. Vergi və gömrük sahələrində aparılan islahatlar, inzibatçılığın asanlaşması, "ASAN xidmət”in və DOST agentliyinin fəaliyyəti, dövlət tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması prosesi xüsusi qeyd olunub.

Tədbir zamanı aparılan söhbətlərdə və fikir mübadilələrində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə toxunulub. Məsələn, "Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees't Hart Azərbaycanın həyata keçirdiyi islahatlara xarici investor kimi hər zaman dəstək verdiklərini və dəstəyin bundan sonra da davam etdiriləcəyini deyib. Bildirib ki, ölkəmizə investisiya qoyuluşunu artırmaq niyyətindədirlər. C.Hartın Prezident İlham Əliyevlə söhbəti zamanı şirkətin bu ildən kənd təsərrüfatı sektoruna da investisiya qoyuluşunu həyata keçirəcəyi və bu istiqamətdə artıq pilot layihələrin icrasına başlandığı qeyd edilib.

"CİSCO” şirkəti də Azərbaycanın önəmli tərəfdaşlarındandır və bu şirkət üçün ölkəmizdə böyük biznes potensialı mövcuddur. Azərbaycanın dövlət başçısının "CİSCO”nun icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə görüşündə bu şirkətin ölkəmizdə prioritet istiqamətlər üzrə layihələr həyata keçirməkdə olduğu və onların ilkin mərhələlərinin artıq yerinə yetirildiyi qeyd edilib. Xanım K.Kramer Azərbaycanın "CİSCO” şirkəti üçün regionda ən önəmli ölkə olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin "Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə də görüşü olub. "Signify” işıqlandırma sahəsində dünyada lider olan şirkətlərdən biridir. Şirkət iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahəsində, eləcə də "ağıllı şəhər” layihələrində və internet texnologiyaları ilə işıqlandırma sistemlərinin inteqrasiyası istiqamətində müxtəlif həll variantları təklif edir. "Signify”in baş icraçı direktoru rəhbərlik etdiyi qurumun yeni texnologiyalar gətirmək baxımından Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu bildirib. O, eyni zamanda istər kənd təsərrüfatında, istərsə də digər sahələrdə işıqlandırma vasitəsi ilə yeni həll variantlarına investisiya yatırılması imkanlarını ölkəmizin aidiyyəti qurumları ilə müzakirə etməkdə maraqlı olduqlarını deyib. Müvafiq sahədə Azərbaycana yeni texnologiyaların gətirilməsini təmin edə biləcəklərini söyləyib.

Dünya İqtisadi Forumunda aparılan söhbətlərdə Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə genişləndiyi də vurğulanıb.

Həmçinin ölkəmizlə Xorvatiya arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Forum zamanı Azərbaycanla "Carlyle Group” şirkəti arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğu da vurğulanıb.

Dünya İqtisadi Forumu zamanı keçirilən görüşlər Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin müvəffəqiyyətlə davam etdiyinin daha bir təzahürü oldu. Bunu Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə "VTB Bank” arasında səmərəli əməkdaşlıq da sübut edir. Bankın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşündə Prezident İlham Əliyev bu qurumun Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif edib. A.Kostin təklifə müsbət yanaşıb. Belə ki, "VTB Bank” bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi sahəsində etibarlı tərəfdaşı olan "LUKOIL” şirkəti ilə də əməkdaşlıq davam edir. Dövlət başçımızın "LUKOIL”un prezidenti Vahid Ələkbərovla görüşündə Azərbaycanın "Naxçıvan” və "Qoşadaş” yataqlarının birgə işlənilməsi məsələsi müzakirə olunub. Bu barədə qərar qəbul edilib. Söhbət zamanı eləcə də SOCAR - "LUKOIL” əməkdaşlığı ətrafında fikir mübafiləsi aparılıb.

Beləliklə, Dünya İqtisadi Forumunda ölkəmizin qazandığı nailiyyətlər qeyd olunmaqla yanaşı, əməkdaşlıq əlaqələrinin yeni istiqamət və ünvanları müəyyənləşdirilib. Tədbir zamanı keçirilən görüşlərdə aparılan söhbətlər Azərbaycan iqtisadiyyatının dünyaya daha geniş inteqrasiyasına təkan verəcək, ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platformasını daha da möhkəmləndirəcək.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video