Alternative content

00:37 19 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:29 19.09.2020 BİLDİRİŞ
00:29 19.09.2020 BİLDİRİŞ
00:29 19.09.2020 BİLDİRİŞ
00:26 19.09.2020 BİLDİRİŞ
00:26 19.09.2020 BİLDİRİŞ
00:25 19.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Strateji yol xəritəsində əsas məqsəd iqtisadiyyatın dinamik inkişafı və vətəndaş rifahının yüksəldilməsidir
Strateji yol xəritəsində əsas məqsəd iqtisadiyyatın dinamik inkişafı və vətəndaş rifahının yüksəldilməsidir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:05 24.01.2020


"Gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və əminəm ki, Azərbaycan qarşıda gələn illərdə daha da güclü olacaq”.

İlham ƏLİYEV

Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanından (6 dekabr 2016-cı il) irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı "Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı” təsdiq edilmişdir. Tədbirlər planı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) əməkdaşları mühüm elmi-tədqiqat işləri aparıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşmaqda olan strateji yol xəritələri müstəqilliyə qovuşmuş ölkəmizin hərtərəfli inkişafına yönəlmiş, dərin və elmi əsaslara söykənən möhtəşəm sənəd olduğundan Geologiya və Geofizika İnstitutunun alimləri bu uzunmüddətli proqramı təqdir edirlər. Biz bunu Prezident İlham Əliyev tərəfindən uğurla və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycanın dünyaya yeni və nümunəvi inkişaf modelinin təqdim edilməsi kimi dəyərləndiririk.

Bu inkişaf canlı orqanizm, hər sahədə aparılan islahatlar isə bu orqanizmin ayrı-ayrı üzvləridir. Enerjili, bilikli, istedadlı və bacarıqlı gənc kadrların irəli çəkilməsi, Milli Məclisə seçkilər keçirilməsi, iqtisadi sahədə elmi-texniki nailiyyətlərin tətbiqi ilə yanaşı, dövlət dəstəyi və digər inqilabyönümlü addımlar ölkə həyatına yeni nəfəs gətirməkdədir. Bu ab-hava GGİ kollektivini də səfərbər edir, fəaliyyətimizə yeni, xoş ovqat qatır. Biz ümidvarıq ki, həyatn bütün sahələrini irəli aparacaq bu sənəd elmin sürətli inkişafını da təmin edəcək. Əslində bugünkü xoş ovqatın bünövrəsi dövlətimizin mütəmadi qayğısı sayəsində qoyulmuşdur. Fərəhli haldır ki, elm adamlarına bu qayğı yenə davam edir...

Məlumdur ki, strateji yol xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışından ibarətdir. Sənədin əhəmiyyətli tərəflərindən biri də odur ki, müddətlər üzrə nəzərdə tutulan fəaliyyətlər arasında ardıcıllıq və davamlılıq var. 2020-ci ilədək həyata keçirilən islahatlar və fəaliyyətlər növbəti 5 ildə reallaşacaq tədbirlər üçün baza rolunu oynayır. Milli iqtisadiyyat üzrə 2020-ci ilədək strateji baxış Azərbaycan iqtisadiyyatının əvvəlcə xarici şokların mənfi təsiri nəticəsində yaranmış vəziyyətdən çıxmaq üçün qısamüddətli dönəmdə sabitləşdirilməsinə, ortamüddətli dönəmdə şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xəttinin bərpa edilməsinə, dövrün sonunda isə dünya iqtisadiyyatına daha çox inteqrasiyaya nail olunmasıdır. 2020-ci ilədək strateji baxış 2025-ci il və ondan sonrakı dövr üçün qurulacaq iqtisadiyyatın təməllərinin inkişafına xidmət edəcəkdir. Ona görə də biz GGİ əməkdaşlarının elmi-tədqiqat fəaliyyətini ümumrespublika strateji yol xəritəsinin bir halqası kimi nəzərdə tutmaqla bu mühüm proqramın bütün dövrlərini nəzərə almışıq. Həm də çox vacib istiqamətlər üzrə.

GGİ mütəxəssislərinin diqqətinin kökləndiyi istiqamətləri xatırlatmaq yerinə düşər: nadir torpaq metalları və birləşmələri yataqlarının axtarışı və ehtiyatlarının qiymətləndirilməsi; ölkəyə idxal edilən xammal, kimyəvi məhsul və məmulat siyahısının idxalın əvəz olunması baxımından təhlili və müvafiq təkliflərin hazırlanması; ölkə ərazisindən alternativ və bərpaolunan enerji potensialı, geotermalenerji sahəsində tədqiqatların aparılması; xarici materialları əvəz edəcək ekoloji təmiz, ucuz və keyfiyyətli inşaat materiallarının yeni tətbiq sahələri; ölkə ərazisində yeni su mənbələrinin (yeraltı sular daxil olmaqla) axtarışı və ehtiyatların qiymətləndirilməsi.

Bu deyilən istiqamətlərin bəziləri barədə bir qədər dayanmaq istərdim: nadir torpaq metalları və birləşmələri yataqlarının axtarışı və ehtiyatlarının qiymətləndirilməsində məqsəd Azərbaycanın Araz və Talış tektonik zonalarının struktur-maddi komplekslərində nadir torpaq və nadir elementlərin öyrənilməsi və bu zonaların həmin elementlərə görə filizlilik potensialının qiymətləndirilməsidir. Çünki müxtəlif filizlərin hasilatı və emalının get-gedə təkmilləşdirilməsi ilə yanaşı, mineral xammalın keyfiyyəti və həcminə də tələblər dəyişir. Ona görə də yeni tip yataqlar sənaye istifadəsinə daxil edilir. Bizim bu istiqamətdə apardığımız kompleks geoloji-petroloji tədqiqatlar nəticəsində Gəncəçayın dərin erozion kəsilişində verlit-vebsterit intruzivi aşkar edilmişdir. Pikritlərin metallogenik baxımdan nəcib metallardan platin qrupu elementlərinə perspektivliyi göstərilmişdir və s.

Mən bir müsahibəmdə gələcəkdə insanların karbohidrogen yataqlarından daha çox təmiz və içməli su mənbələrinə ehtiyac duyacaqlarını xatırlatmışam. Su problemi də həmin vacib istiqamətə aiddir.

Əməkdaşlarımız strateji yol xəritəsi çərçivəsində bu istiqamətdə əhəmiyyətli elmi-tədqiqat işi aparmaqdadırlar. İnstitutumuzun alimləri ölkə ərazisində yeni su mənbələrinin - yeraltı sular daxil olmaqla - axtarışı və ehtiyatların qiymətləndirilməsini hazırlayıblar. Müəyyən edilib ki, yerli su ehtiyatlarının az olması, suya tələbatın isə ilbəil artması su mənbələrinin və ehtiyatlarının daha dəqiq kompleks tədqiqinə zəmin yaratmışdır. Həmçinin intensiv su təsərrüfatı fəaliyyəti, urbanizasiya və iqlim dəyişkənliyi amillərinin təsiri nəticəsində səth və yeraltı suların kəmiyyət və keyfiyyət göstəricilərinin xeyli dəyişərək ekoloji şəraitin gərginləşməsi problemləri nəzərdən keçirilmişdir. Eləcə də Azərbaycanın içməyə yararlı və az minerallaşmış yeraltı sularının proqnoz və təsdiq edilmiş istismar ehtiyatları dəqiqləşdirilmişdir. Yekun nəticələrə əsaslanıb nə söyləmək olar? Açığını deyim ki, bu sahədə elmi-tədqiqatların yekun nəticələri bir o qədər də könül açan fakt üzə çıxarmadı. Yeraltı su qəbuledicilərin araşdırılması zamanı onların əksəriyyətində nəzarətsizlik faktı üzə çıxıb. Bu da yaxın gələcəkdə ciddi problemlərlə nəticələnə bilər. Antropogen təsirlə aktivləşən planetar istiləşmə fonunda gələcək onilliklərdə rütubətləmənin azalması ilə su ehtiyatlarının da azalması gözlənilir. Ona görə də su mənbələri və su ehtiyatlarının inteqrasiyalı idarə olunması üzrə fəaliyyət proqramı hazırlanmalıdır, yeraltı suların vahid dövlət qurumu tərəfindən iderəetmə sistemi yaradılmalıdır.

2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağımızda GGİ-də aparılan bir çox maraqlı tədqiqat işləri barədə məlumat verildi. Həmin çalışmalardan biri də filizlərdən və filiz tullantılarından sənaye əhəmiyyətli metalların membran texnologiyaları əsasında çıxarılma üsullarının işlənməsidir. Strateji yol xəritəsinin tələblərini nəzərə alaraq bu üsul çox perspektivli imkanlar vəd edir. Alimlərimiz filizlərdən və filiz tullantılarından sənaye əhəmiyyətli metalların membran texnologiyası əsasında çıxarılması üsullarının Daşkəsən rayonunun filiz obyektləri timsalında işləmişlər. Nəticədə sənaye əhəmiyyətli elementlərin səmərəli yolla əldə edilməsinə imkan yaradan 2 innovativ təklif irəli sürülmüşdür: 1. Xüsusi elektrodializ konstruksiyası və onun yeni işlənilmə üsulu. 2. İonların yerdəyişməsi zamanı sürətlərdəki fərqlər əsasında quraşdırılan separasiya qurğusu və onun yeni işlənilmə üsulu. Bu innovasiyaların dağ-mədən və kimya texnologiyası sənayesində istifadəsi nəzərdə tutulur. Ölkəmizdə ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsi çərçivəsində sənayenin inkişafı üçün yerli xammaldan ilk növbədə filiz və onun emal tullantılarından geniş istifadə edilməsinə xüsusi yer ayrılmışdır. Dünya dağ-mədən sənayesinin inkişafı yeni inovasiyalar əsasında çöx sürətlə irəlilədiyi halda, yataqlarımızın köhnə ənənəvi hasilat üsulları ilə işlənməsi artıq müasir tələblərə cavab vermir. Elmi tədqiqatlar nəticəsində Daşkəsən dəmir filizinin emalından qalan tullantılardan və qara şistlərdən metalları məhlullara çıxarılmasının optimal şəraitinin, məhlullardan metalların qeyd olunan üsulla ayırmaqla xüsusi sorbentlərə çökdürülməsi, qum daşından təmiz kvarsın alınması məsələləri də həllini tapmışdır. Eləcə də Azərbaycanın alüminium sənayesinin xammal ehtiyacını və dövlətin ortaya qoyduğu strateji yol xəritəsinin tələblərini nəzərə alaraq yeni alunitdən alüminium ayrılmasının texnologiyasını və onun işlənmə sxemini hazırlamışıq.

Ölkəyə idxal edilən xammal, kimyəvi məhsul və məmulat siyahısının idxalın əvəz olunması baxımından təhlili məsələsi də çox maraqlı tədqiqat işlərimizdəndir. Xarici materialları əvəz edən yerli xammal materiallarının rolu olduqca geniş və sərfəlidir. Belə xammal sərvətlərindən biri də Azərbaycanda geniş yayılmış perlit yataqlarıdır. Azərbaycan Prezidentinin sərəncamına əsasən ən çox diqqət perlitin tətbiq sahələrinə yönəlmişdir. Ölkəmizin perlit yataqları mezozoy və kaynozoy yaşlıdır. Bu yataqlar Qazax, Tovuz və digər bölgə ərazilərində yayılmışdır. Perlitlər 1000-12000 C temperaturda yüksək şişmə qabiliyyətinə malikdirlər və geniş tətbiq sahələrini əhatə edirlər. Bu növ perlitlərdən çirkab suların və ətraf mühitin çirklənmədən təmizlənməsində geniş istifadə edilir. Digər tərəfdən isə perlitlərdən xalq təsərrüfatının müxtəlif sahələrində, o cümlədən heyvandarlıq və quşçuluq sahələrində yüksək səmərə verən yemlərə əlavə kimi istifadə olunur. Başqa bir misal. İndiyə kimi Azərbaycanda və ümumiyyətlə, torpaqları şoranlaşmaya məruz qalmış bütün ölkələrdə rekultivasiya məqsədilə təbii mineral birləşmə olan gipsdən istifadə olunmuşdur. İnstitutumuzun alimlərinin səyi nəticəsində isə dağ-mədən tullantılarının və üzvü kompleks şlakının istifadəsi ilə şoran torpaqların rekultivasiyası istiqamətində yaxşı nəticələr əldə olunub. Çoxkomponentli birləşmənin alınması üçün isə Azərbaycan ərazisində kifayət qədər mövcud olan neft-qaz quyularının şlamından, üzvi kompleksdən alınan şlakdan və qeyri-filiz mənşəli təbii mineralların tətbiq olunmayan qalıqlarından istifadə olunur. Yəni bu birləşmələrin istehsalı üçün tələb olunan xammalı əldə etməkdən ötrü vəsait tələb olunmur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji yol xəritələrinin uğurlu icrası makroiqtisadi sabitlik, qeyri-neft sektorunun davamlı inkişafı və ixracı potensialının artımına, ticarət və fiskal balansın yaxşılaşmasına, əlverişli biznes mühiti və sərmayə cəlbinə, infrastrukturun davamlı təkmilləşdirilməsi və əhalinin sosial rifahının yüksəlməsinə, habelə ölkənin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir. Çünki strateji yol xəritələrinin əsas hədəfi vətəndaş rifahının daha da yaxşılaşdırılmasıdır. Uzaqgörənliklə düşünülmüş proqramın iqtisadiyyatın sürətli inkişafına və bütövlükdə iqtisadiyyatımızın, büdcəmizin neft gəlirlərindən asılılığı azaltmağa gətirib çıxaracağı şübhəsizdir. Əminəm ki, bu sənəd Azərbaycanın sosial-iqtisadi inkişafında və bütövlükdə dövlətimizin güclənməsində mühüm rol oynayacaq. İnstitutumuzun mütəxəssisləri də bu müqəddəs işdə daim fəal olmaq əzmindədirlər.

Dadaş HÜSEYNOV,

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM