Alternative content

08:14 20 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 yanvar 2020-ci il tarixli 35 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 yanvar 2020-ci il tarixli 35 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
01:02 24.01.2020


Qərar № 14/95


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əliyev Dilqəm Sabir oğlu 2020-ci il yanvarın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 98 saylı Şəmkir şəhər seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 13 yanvar 2020-ci il tarixli 06/19 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizəd kimi qeydə alınmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd D.S.Əliyev müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmişdir. Lakin 2 ədəd imza vərəqəsində olan 100 imzanın Mənzil İstismar Sahəsində məsul vəzifədə çalışan şəxs tərəfindən toplanması və əmlak barədə düzgün məlumat təqdim edilməməsi səbəbindən dairə seçki komissiyasının 13 yanvar 2020-ci il tarixli 06/19 saylı qərarı ilə namizəd kimi qeydə alınmasından imtina edilmişdir. Ərizəçi bundan başqa bildirmişdir ki, imzalar yoxlanılarkən ona xəbər verilməmiş, imzaların yoxlanılması zamanı işçi qrupunun və dairə seçki komissiyasının iclasına dəvət olunmamış, Mənzil İstismar Sahəsində məsul vəzifədə çalışan Ç.Y.Verdiyevanın həmin qurumda işləyib-işləməməsi barədə verilmiş sorğunun cavabı komissiya tərəfindən gözlənilməmiş, bu da dairə seçki komissiyasının qərəzli olmasının və çıxardığı qərarın əsassız olmasının göstəricisidir. O bildirmişdir ki, dairə seçki komissiyası qohumlarına məxsus olan və özü ilə bağlılığından xəbərdar olmadığı daşınmaz əmlakla bağlı məlumat verməli olduğu halda bu məlumatı verməmişdir.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Dairə seçki komissiyası D.S.Əliyevin namizədliyin qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədliyinin qeydə alınması üçün seçki dairəsinin ərazisindən toplanmış 500 seçici imzası olan 10 ədəd imza vərəqəsinin 2-də olan 100 imza Gəncə Mənzil İstismar İdarəsinin Şəmkir şəhərində yerləşən 3 saylı Mənzil İstismar Sahəsində çalışan Ç.Y.Verdiyeva tərəfindən Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələbləri pozulmaqla toplanmış, mülkiyyət hüququ əsasında namizədə ailə üzvləri ilə birlikdə məxsus olan daşınmaz əmlak barədə dairə seçki komissiyasına düzgün məlumat verilməmişdir.

Araşdırma prosesində namizəd D.S.Əliyev tərəfindən təqdim edilmiş imza vərəqələri, ona əlavə edilmiş sənədlər və digər materiallar dairə seçki komissiyasından tələb edilərək götürülmüş və araşdırılaraq müəyyən edilmişdir ki, Mənzil İstismar Sahəsində çalışan Ç.Y.Verdiyeva tərəfindən toplanılmış imzalarla bağlı Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulması halı təsdiqini tapmadığı üçün müraciət bu hissədə qismən təmin edilməlidir.

Araşdırma ilə əlaqədar namizəd D.S.Əliyev tərəfindən namizədliyin qeydə alınması üçün imza vərəqələrinə əlavə edilmiş sənədlər yoxlanılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. İşçi qrupunun 22 yanvar 2020-ci il tarixli rəyində göstərilir ki, namizəd D.S.Əliyevin əmlakı barədə təqdim etdiyi məlumatda göstərilməyən, lakin ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar olunmuşdur.

Namizəd D.S.Əliyevin ona məxsus daşınmaz əmlak barədə dairə seçki komissiyasına düzgün məlumat verməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədin qeydə alınmasından imtina üçün əsaslardan biridir. Bu hissədə dairə seçki komissiyası düzgün hüquqi nəticəyə gəlmişdir.

Namizəd D.S.Əliyevin Seçki Məcəlləsinin 59.3-cü maddəsinin tələblərinə zidd olaraq imza vərəqələri yoxlanılarkən iştirakının təmin edilməməsi barədə iddiası araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, dairə seçki komissiyasının üzvləri tərəfindən tərtib edilmiş aktdan müəyyən edilir ki, namizəd imzaların yoxlanılması prosesinə və iclasda iştirak etməyə dəvət edilsə də iclasa gəlməmişdir.

Göstərilənlərə əsasən namizəd D.S.Əliyevin müraciəti qismən təmin edilməli, namizədliyin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 13 yanvar 2020-ci il tarixli 06/19 saylı qərarının əsaslandırma hissəsindən imtinanın əsaslarından biri kimi namizədin qeydə alınması üçün seçici imzalarının toplanmasında yol verdiyi nöqsanlara görə hissəsi çıxarılmalı, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 57-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əliyev Dilqəm Sabir oğlunun 21 yanvar 2020-ci il tarixli 35 saylı müraciəti qismən təmin edilsin, dairə seçki komissiyasının 13 yanvar 2020-ci il tarixli 06/19 saylı qərarının əsaslandırma hissəsindən imtinanın əsaslarından biri kimi namizədin qeydə alınması üçün seçici imzalarının toplanmasında yol verdiyi nöqsanlara görə hissəsi çıxarılsın, qərar digər hissədə dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

23.01.2020-ci il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM