Alternative content

20:40 19 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşinyanın öz komandasına etimadı azalıb
Paşinyanın öz komandasına etimadı azalıb
ANA SƏHİFƏ / SİYASƏT
00:58 24.01.2020


Ermənistanda ictimai-siyasi vəziyyət daha da gərginləşir


Ötən son iki il ərzində Ermənistanda sosial-iqtisadi müstəvidə vəziyyətin daha böyük sürətlə pisləşməsi müşahidə edilməkdədir. Erməni mediası yazır ki, bu durum Paşinyan iqtidarının yarıtmaz siyasətinin, ölkənin inkişafı naminə hansısa uğurlu addım ata bilməməsinin konkret göstəricisidir.

Mətbuatda yazılır ki, ötən dövr ərzində yeni hakimiyyət xalqı yox, yalnız özünü düşündüyü üçün Ermənistan hazırkı acınacaqlı vəziyyəti yaşayır. O da xüsusilə vurğulanır ki, iş o yerə çatıb ki, baş nazirin öz komanda yoldaşlarına qarşı inamsızlığı getdikcə dərinləşir.

Yerli mətbuatın yazdığına görə, Paşinyan vacib işləri yalnız ailə üzvlərinə etibar edir. Bildirilir ki, baş naziri ən çox narahat edən məsələ onun komandasının bəzi üzvlərinin başqa siyasi qüvvələrlə, nüməyəndələrlə "oyunlar” oynamağa başlamasıdır və uyğun anda onlar "cəbhəni” dəyişdirə və Paşinyanı tərk edə bilərlər.

İndi bu ölkədə müəmmalı hadisələr baş verir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru 38 yaşlı Georgi Kutoyanın cəsədi Yerevanın Paruyr Sevak küçəsindəki mənzildə tapılıb. Onun silahdan açılan atəş nəticəsində öldüyü məlum olub. Respublika İstintaq Komitəsi sədrinin müavini Artur Melikyanın rəhbərlik etdiyi istintaq qrupu keçmiş direktorun intihar etdiyini, yaxud da öldürüldüyünü araşdırır.

Qeyd edək ki, Georgi Kutoyan 12 fevral 2016-cı il tarixində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olub. 2018-ci ilin may ayında isə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra vəzifəsindən azad edilib. Və bundan əvvəl o, Ermənistan prezidentinin hüquqi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.

Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan "Facebook” səhifəsində geniş məqalə ilə çıxış edərək Paşinyan hakimiyyətini növbəti dəfə sərt dillə tənqid edib: "İnsanların inqilabla bağlı gözləntiləri çin olmadı, əksinə, hər şey daha da pisləşdi: müşahidə kameraları artdı, nəqliyyatın hərəkəti pisləşdi, amansız bal cəriməsi sistemi tətbiq olunur və invesitiyaların azalması, qazın qiymətinin artması gözlənilir”.

O, Paşinyan və komandasının insani hisslərdən məhrum olduğunu düşünür: "Paşinyan və komandası adam deyillər. Çünki yalnız insan olmayanlar baş sağlığı verməz, nə öz, nə də müxalifətçilərin ailəsinə aman verməz, hakimiyyəti əldə saxlamaq üçün hər yola baş vura bilər”.

Hadisələrin bu səpkidə cərəyan etdiyi bir vaxtda isə Ermənistan mətbuatında Nikol Paşinyanın vaxtilə Psixiatriya Xəstəxanasında müalicə olunması ilə bağlı sənəd yayılıb. Yayılan sənədin 1 noyabr 2001-ci ildə Krasnodar Şəhər Psixiatriya Xəstəxanasından Krasnodar Prokurorluğuna göndərildiyi qeyd olunub.

Getdikcə daha gərgin xarakter almağa başlayan ictimai-siyasi vəziyyət bu ölkədə həm də xaotik bir durum formalaşdırmağa başlayır. Çünki hakimiyyətə qarşı artan etiraz dalğaları fonunda aksiyalar səngimir. Aksiyaların hədəfi müxtəlifdir. Bəziləri əvvəlki kütləvi etirazlar zamanı irəli sürdükləri tələb və problemləri yenidən baş nazirin yadına salırlar. Bu günlərdə maldar fermerlərin keçirdikləri etiraz aksiyaları da daha çox gündəm mövzularından biri olub. Onlar Ararat və Armavir vilayətlərindən paytaxt Yerevana gedən yolu bağlayıblar. Və bununla hökumət və baş nazir Paşinyanın diqqətini özlərinə cəlb etmək istəyirlər. Maldarların narazılığına yanvarın 15-dən qüvvəyə minən qanun səbəb olub. Qanuna əsasən, ət tədarükü ilə məşğul olan fermerlər mal-qaranı yalnız sallaqxanalarda kəsdirməlidirlər. Vilayət rəhbərləri ilə görüşdən sonra aksiya dayandırılıb. Qubernatorlar məsələni yuxarı instansiyalarda yenidən müzakirəyə qoymağı vəd ediblər.

Elə belə səbəblərdəndir ki, hakimiyyətini daha da gücləndirmək istəyən Paşinyana və onun komandasına qarşı cəmiyyətdə narazılıq artır. Bu isə qarşıdakı dövr ərzində Ermənistanda ictimai-siyasi vəziyyəti daha da gərginləşdirəcək.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM