Yeni layihənin ilk mərhələsi icra olunub
Sumqayıt Gənclər Evində "İctimai davranış qaydalarının gənclərə təşviq edilməsi” layihəsi çərçivəsində ilk seminar keçirilib.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə öncə iştirakçılara ictimai davranış qaydaları haqqında videoçarx nümayiş etdirilib.
Seminarda çıxış edən layihə rəhbəri Əli Zeynalov ölkədə gənclərə göstərilən diqqət və qayğıdan danışıb və layihənin Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu qeyd edib. Bildirilib ki, layihənin məqsədi ictimai-mədəni-sosial qaydaları, normaları, davranış qaydalarını gənclərə təşviq etmək, belə qaydalara əməl olunmanın vacibliyini önə çəkmək, cəmiyyətdə daha etik, anlaşıqlı, avanqard, aqressiyadan kənar bir gənclik toplumu yetişməsinə nail olmaqdır.
Layihənin koordinatoru Əli Miriyev, ekspert Arzu İlhamsoy çıxışlarında layihənin yeniyetmə və gənclərin ictimai məsuliyyətinin, mədəniyyət normalarının inkişafına xidmət etdiyini vurğulayıb, cəmiyyətdə sağlam mövqe tutmaq istəyən gənclərin etik qaydalara riayət etmələrinin, özlərinin mədəni səviyyələrini artırmağın qeydinə qalmalarının vacibliyini nəzərə çatdırıblar.
Daha sonra ekspert tərəfindən şəxsiyyətin formalaşması, həyatla bağlı təməl perspektivlərinin inkişafı, gənclərin özləri və ətrafdakı insanlarla münasibətdə ictimai-mədəni-sosial davranışların dərk edilməsi, cəmiyyətdə qəbul edilmiş mənəvi, hüquqi və sosial standartlar və onların pozulmasının səbəbləri, qarşısının alınması üsulları təqdimat formasında iştirakçılara izah edilib, çalışmalar reallaşdırılıb.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Akif ƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümun...
25 Aprel
İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub ...
25 Aprel
Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək ...
25 Aprel
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir...
25 Aprel
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!