Alternative content

20:10 27 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dmitri Savelyev: Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq
Dmitri Savelyev: Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq
ANA SƏHİFƏ / SİYASƏT
23:01 23.01.2020

Azərbaycan davamlı olaraq siyasi, iqtisadi və sosial islahatlar aparan, dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir.

AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

"Ölkənin çiçəklənməsinin əsas təminatı xalqın Prezident İlham Əliyevin həyata keçirdiyi keyfiyyətli dəyişikliklərə inamıdır. Şübhə yoxdur ki, Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq. Aydındır ki, ölkənin inkişafının hər bir mərhələsi xüsusi yanaşma tələb edir. Eyni zamanda, parlamentdə də təcrübəli, bacarıqlı siyasətçilərin, fərqli dünyagörüşü olan nəslin nümayəndələrinin təmsil olunması əsas amillərdəndir. Əsas odur ki, bu şəxslər dövrün çağırışlarına çevik cavab verə bilən insanlar olsunlar", - deyə Dmitri Savelyev vurğulayıb.

Rusiyalı parlamentari bildirib ki, seçkilərdə namizədlərin sayının çoxluğu ölkədə artan siyasi fəallığın göstəricisidir. O deyib: "2015-ci ilin noyabrında mən Milli Məclisə keçirilən seçkilərdə müşahidəçi idim. Həmin seçkilərdə yüksək təşkilatçılıq, şəffaflıq və demokratik mühitin şahidi oldum. Bu seçkiləri də Rusiya Dövlət Dumasının digər deputatları və Federasiya Şurasının üzvləri ilə birlikdə daxil olduğum böyük bir nümayəndə heyəti izləyəcək. Əminəm ki, bu dəfə də Azərbaycan yeni tərkibli parlamentin formalaşmasına məsuliyyətlə yanaşacaq, seçkilərin ölkənin qanunvericiliyinə və beynəlxalq hüquq normalarına tam uyğun şəkildə keçirilməsi təmin ediləcək”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM