23 Yanvar 2020 20:15
565
SİYASƏT
A- A+

Azərbaycanın və Çilinin Xarici İşlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Çilinin Xarici İşlər naziri Teodoro Ribera Neumann iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktublarının mübadiləsini həyata keçiriblər.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Elmar Məmmədyarov məktubunda Azərbaycan ilə Çili arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə həmkarı Teodoro Ribera Neumannı təbrik edib. O bildirib ki, iki dövlət arasında dostluq və qarşılıqlı anlaşma ruhunda genişlənən əməkdaşlıq ikitərəfli və çoxtərəfli dialoqun inkişaf etdirilməsinə imkan verib. Nazir hər iki ölkədə səfirliklərin açılmasının və ötən il Çiliyə rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyini ifadə edib.

Elmar Məmmədyarov Çilinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də qeyd olunduğu kimi, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həlli istiqamətində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Xarici İşlər naziri ötən illər ərzində qurulan əməkdaşlığın hazırkı səviyyəsinin və gələcək tərəfdaşlıq üçün mövcud potensialın iki ölkə arasında əməkdaşlığın ortaq maraqlar naminə daha da genişləndirilməsi üçün böyük imkanlar açdığını qeyd edib. O, iki ölkə arasında ortaq maraq və dəyərlərə əsaslanan çoxşaxəli əməkdaşlığın inkişafı, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, eləcə də Sakit Okean Alyansına müşahidəçi kimi üzvlüyü çərçivəsində əlaqələrin gücləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Öz növbəsində, nazir Teodoro Ribera Neumann Çili ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb. Nazir hər iki ölkədə səfirliklərin açılmasının əhəmiyyətini qeyd edib və Elmar Məmmədyarovun 2019-cu ildə Çiliyə rəsmi səfərini vurğulayaraq səfər çərçivəsində keçirilən səmərəli görüşlərin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirib.

Çili Xarici İşlər naziri Azərbaycanın Sakit Okean Alyansına müşahidəçi ölkə kimi üzv olmasını Çili və Azərbaycan arasında əməkdaşlığın inkişafında əhəmiyyətli hadisə kimi dəyərləndirib. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində ölkəmizə uğurlar arzu edib.

Nazir Çili və Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün aparılan birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video