23 Yanvar 2020 17:57
3596
Səhiyyə
A- A+

TƏBİB-in tabeliyindəki müəssisələrdə çalışan orta, kiçik tibb və qeyri-tibb işçilərinin əməkhaqlarına əlavələr tətbiq ediləcək


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ""Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib. Qaydaya əsasən tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindənAZƏRTAC-a bildirilib ki, orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq, onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq sabit əlavələr şəklində təyin olunur.

Əlavə olaraq, kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan orta və kiçik tibb işçilərinə sabit əlavələr də ödənilir.

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit həvəsləndirici əlavələr verilir.

Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən orta və kiçik tibb heyəti işçilərinə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi (təcili yardım sahəsinə münasibətdə həmçinin Qaydanın 17.4-cü bəndində göstərilən sabit həvəsləndirici əlavələrin 35 faizi miqdarında), digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.

Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq verilir.

Qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləğləri bilavasitə tibb müəssisəsinin fəaliyyətinin göstəricilərindən asılı olaraq müəyyənləşdirilir. Bu məqsədlə tibb müəssisələri müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilir. Qiymətləndirmə meyarları 3 qrupda birləşir:

• Xəstəxana strukturuna görə - maksimal bal 30-dur (yekun bal bu qrupda olan meyarlar üzrə toplanılan balların 2-yə nisbəti ilə müəyyən edilir);

• Tibbi-statistik göstəricilərə görə - maksimal bal 40-dır (yekun bal bu qrupda olan meyarların hər biri üzrə verilən balların cəminə bərabərdir);

• İnzibati idarəetmə fəaliyyətinə görə - maksimal bal 30-dur (yekun bal bu qrupda olan meyarların hər biri üzrə verilən balların cəminə bərabərdir).

Qiymətləndirmə nəticəsində tibb müəssisələri 3 qrupa (2-ci və 3-cü qruplar isə öz növbəsində iki kateqoriyaya – A və B kateqoriyasına) bölünürlər:

• 1-ci qrup – 30 bal daxil olmaqla 30 bal toplayan müəssisələr

• 2-ci qrup – 31-60 bal toplayan müəssisələr

A kateqoriya – 46-60 bal toplayan müəssisələr

B kateqoriya – 31-45 bal toplayan müəssisələr

• 3-cü qrup – 61 baldan yuxarı toplayan müəssisələr

A kateqoriya – 81 baldan çox toplayan müəssisələr

B kateqoriya - 61-80 bal toplayan müəssisələr

Qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən aylıq həvəsləndirici əlavələr onların çalışdıqları tibb müəssisəsinin aid olduğu qrup və kateqoriyadan asılı olaraq tənzimlənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video