23 Yanvar 2020 17:30
522
SİYASƏT
A- A+

Amerika nəşrində Qara Yanvar haqqında məqalə dərc olunub


Los-Ancelesdə yerləşən və xarici siyasət məsələləri ilə məşğul olan "Pacific Council on International Policy” ("Beynəlxalq Siyasət üzrə Sakit Okean Şurası”) analitik mərkəzinin saytında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin "Azərbaycanda baş vermiş Qara Yanvar hadisələrinin ibrət dərsləri: 30 il sonra” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə deyilir: "Həmin günlərdə Sovet İttifaqı dağılmaq üzrə idi. Yetmiş illik sovet işğalından və əsarətindən sonra Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxdı. Mixail Qorbaçov Azərbaycanda bu hərəkatı boğmaq üçün yüzlərlə kişi, qadın, uşaq və qocanın kütləvi qətlə yetirilməsində tanklardan istifadə olunmasına görə özünə haqq qazandırdı. Öldürülənlər arasında bir çox millətlərin və dinlərin nümayəndələri vardı. Bu gün olduğu kimi, 1990-cı ildə də Bakı çoxmillətli şəhər təcəssümü idi. Həmin günlərdə müsəlmanlar, yəhudilər, xristianlar bizim hamımıza qarşı çıxış edən rejimin zorakılığının qurbanı oldu”.

N.Ağayev 20 Yanvardan sonrakı günlərdən danışarkən yazır ki, qanlı hadisələrdən sonra komendant saatı tətbiq edildi. Komendant saatını pozanları ciddi cəza gözləyirdi. Buna baxmayaraq, şəhidlərin dəfn olunduğu gün bir milyondan çox azərbaycanlı sovet terrorunun müqavimətini qıraraq küçələrə çıxdı və misli görünməmiş tarixi həmrəylik və hüzn nümayiş etdirdi. Diplomat yazır: "Müsəlman, yəhudi və xristian kişilər, qadınlar, uşaqlar qəlbimizə və xalqımıza bu dərəcədə əziz olan, hətta amansız qırğının da məhv edə bilmədiyi azadlığa sadiqliyimizin əlaməti olaraq 40 gün matəm saxladılar”.

Nəticədə faciədən cəmi ilyarım sonra Azərbaycan azadlığına qovuşdu. O, müstəqilliyini elan etmiş ilk sovet respublikalarından biri oldu.

Qara Yanvar hadisələrindən sonra dəfn mərasimində həmrəyliyin nümayiş etdirilməsi bütün tarixi ərzində nifrətə və amansızlığa həmişə kəskin reaksiya vermiş Azərbaycan və onun xalqı üçün səciyyəvi idi. Əsrlərboyu Azərbaycan regionda yəhudilərə və digər etnik azlıqlara qarşı zorakılığa müqavimət göstərib, onlara sığınacaq verib, təhlükəsizliklərini təmin edib.

Müəllif qeyd edir ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan əhalisinin təqribən beşdəbir hissəsi Hitlerə və nasistlərə qarşı vuruşub. Bu mübarizədə 400 mindən çox azərbaycanlı həlak olub. N.Ağayev sonda yazır ki, cəsarətimiz, harmoniyaya və dözümlülüyə sarsılmaz sadiqliyimiz bir çox faciələrin öhdəsindən gəlməyimizə kömək edib və bu gün də xalqımızı müdafiə etməyə və möhkəmləndirməyə davam edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video