Alternative content

08:34 20 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
ANA SƏHİFƏ / Təhsil
16:47 23.01.2020

"Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Təhsil naziri Ceyhun Bayramov istedadları ilə fərqlənən gənclərə dəvət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, Ceyhun Bayramov istedadları ilə fərqlənən şəxslərə müraciət edərək, ölkəmizdə istedadlı uşaqlarla işin ümumi təhsil müəssisələrindən başladığını bildirib. Onların seçilməsi və sonrakı inkişafının təmin edilməsi dövlətin təhsil sahəsindəki hədəflərindən biridir. Məhz bu işin nəticəsidir ki, ölkəmizi nüfuzlu beynəlxalq bilik yarışlarında və olimpiadalarda uğurla təmsil edən gənclərin ölkəmizə gətirdikləri medalların sayı ilbəil artır.

İstedadlı gənclər üçün təhsilin növbəti pillələrində də geniş imkanlar yaradılır, onların tam və hərtərəfli inkişafı üçün müxtəlif proqramlar təklif edilir.

"Yüksəliş” müsabiqəsi dövlətin istedadlı şəxslərlə işin təşkilində növbəti addımı və onların inkişafına yönələn tədbirlərin davamıdır. Bu müsabiqə istedadlı, hazırlıqlı, XXI əsrin tələbləri səviyyəsində bacarıqlara sahib gənclər üçün çox böyük imkan yaratdığını deyən nazir bildirib: "Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli rəhbərlərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə peşəkar kadr ehtiyatının artırılmasıdır.

Müsabiqənin qalibi olan şəxslər fərdi inkişaf proqramı və təlimlərdə iştirak edəcək, tam idarəçi kimi yetişəcək və ölkənin gələcək inkişafında bilavasitə iştirak edəcək şəxslərdən biri olmaq imkanı əldə edəcək.

"Yüksəliş” istedadlı şəxslər üçün yeni bir imkandır!

"Yüksəliş”ə qoşulun, "Yüksəliş” sizinlə başlasın!"

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş "Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM