23 Yanvar 2020 11:34
697
İQTİSADİYYAT
A- A+

Energetika Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq müzakirə edilib


Energetika naziri Pərviz Şahbazov ilə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə regional meneceri Yan van Bilsenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Y.Bilsen təmsil etdiyi qurumun özəl sektora investisiyaların cəlb olunması, bu sektorun iqtisadiyyatda rolunun artırılması kimi diqqət yetirdiyi məsələlərdən bəhs edib. Bir çox ölkələrdə enerji sahəsində özəl sektorun inkişafı və islahatlarla bağlı təcrübələrindən çıxış edərək Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanla bu istiqamətdə əməkdaşlığa maraqlı olduğunu bildirib.

Energetika sektorunda həyata keçirilən islahatlar və bu məqsədlə yeni qanunvericilik bazasının hazırlanması barədə məlumat verən nazir P.Şahbazov bu qanunların tətbiqi üçün alt normativ hüquqi sənədlərin məsləhətçi dəstəyi ilə hazırlanmalı olduğunu qeyd edib. Bildirilib ki, "Energetika haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə də əməkdaşlıq edilə bilər.

Nazir bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin hökumətin prioritetlərindən olduğunu və pilot layihələrin ardınca hərracların planlaşdırıldığını, bu məqsədlə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Görüşdə elektroenergetika sahəsində liberal bazar modelinə keçid, özəl investisiyanın cəlbi ilə yeni istehsal güclərinin yaradılması və dənizdə külək enerjisi üzrə perspektiv əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video