Alternative content

11:50 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib
Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:31 23.01.2020


Yanvarın 22-də Daxili İşlər Nazirliyində (DİN) 2019-cu ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq-mühafizə siyasəti sayəsində daxili işlər orqanlarında da fəaliyyətin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü qeyd edib. Diqqətə çatdırılıb ki, asayişin, təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələrin, dövlət plan və proqramlarının icrası tam təmin edilib. Ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı sabit qalaraq 265 fakt təşkil edib.

Hesabat məruzəsi ilə çıxış edən Daxili İşlər naziri deyib ki, 2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26 min 672 cinayət qeydə alınıb. Onların 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

2018-ci illə müqayisədə qəsdən adam öldürmələr 5,4, adam öldürməyə cəhdlər 23,4, mülkiyyət əleyhinə olan cinayətlər 12, o cümlədən soyğunçuluqlar 3,9, quldurluqlar 2, dələduzluqlar 24,3, hədə-qorxu ilə tələb etmələr 25, avtonəqliyyat vasitəsinin qaçırılması faktları 15,5, habelə xuliqanlıqlar 13,4, ictimai yerlərdə baş verən cinayətlər 26, yetkinlik yaşına çatmayanların cinayətləri 30,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər 1,3 faiz azalıb.

Eyni zamanda ağır və xüsusilə ağır cinayətlərin 87, şəxsiyyət əleyhinə olanların 97, onlardan qəsdən adam öldürmələrin 95, adam öldürməyə cəhdlərin 98, qəsdən sağlamlığa ağır zərər vurmaların 94, xuliqanlıqların 93, mülkiyyət əleyhinə olan cinayətlərin 73,4 faizinin, o cümlədən oğurluqların 65,4, dələduzluqların 94, soyğunçuluqların 84, quldurluqların 86, hədə-qorxu ilə tələb etmələrin 91, avtonəqliyyat vasitəsini qaçırmaların 81 faizinin, eləcə də prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329 cinayətin açılması təmin edilib.

Məruzəçi 102 - Zəng Mərkəzi Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2039 cinayətin "isti izlər”lə açıldığını, 7556 hüquqazidd əməlin qarşısının alındığını, "Təhlükəsiz şəhər” sisteminin imkanları ilə 575 cinayətin açıldığını vurğulayıb. Həmçinin təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi sahəsində görülmüş tədbirlərlə 3608 nəfərin tutulduğunu diqqətə çatdırıb.

Nazir qeyd edib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31 min 539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanları müstəntiqləri tərəfindən aparılıb. Vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib.

General-polkovnik Vilayət Eyvazov qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində Azərbaycan Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim nəzarətdə saxlanılıb və tam yerinə yetirilib. Nazirliyin rəhbərliyi tərəfindən 4405, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 64 şəhər və rayonundan olan 965 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi demokratik islahatların, böyük infrastruktur layihələrinin, sosialyönümlü proqramların uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu eyni zamanda aidiyyəti Dövlət proqramlarından, Milli Fəaliyyət planlarından irəli gələn vəzifələrin ardıcıllıqla icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində uğurlar qazanıldığını qeyd edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyəti, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyi nəzərə çatdırılıb.

Məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri Fazil Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Oqtay Kərimov, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev və başqaları hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı planlaşdırılan konkret tədbirlərdən danışıblar.

İclasa yekun vuran Daxili İşlər naziri Vilayət Eyvazov 2019-cu ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu nəzərə çatdırıb, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldərək konkret tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, 2020-ci ildə qarşıda çox mühüm vəzifələr durur. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələr inkişaf etdirilməli, şəxsi heyət daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməlidir. Cari ildə ölkəmizdə keçiriləcək respublika və beynəlxalq əhəmiyyətli tədbirlərlə bağlı bütün təşkilati işlər vaxtında və yüksək səviyyədə yerinə yetirilməlidir.

Sonda general-polkovnik V.Eyvazov nazirlik sistemində maddi-texniki təminatın, xidmət şəraitinin daha da yaxşılaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi, sosial müdafiə işinin gücləndirilməsi üçün dövlət tərəfindən hərtərəfli kömək göstərildiyini məmnunluqla qeyd edərək, bu ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əminliklə qeyd edib ki, qanunla müəyyən olunmuş vəzifələr bundan sonra da tam yerinə yetiriləcək.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM