Alternative content

22:41 19 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
11:05 19.09.2020 Birjalarda neftin qiyməti
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ədəbiyyatda qərənfil yağışlı misralar
Ədəbiyyatda qərənfil yağışlı misralar
ANA SƏHİFƏ / Mədəniyyət
01:22 23.01.2020


20 Yanvar - Bakının qan gölünə çevrilməsi zaman keçdikcə yaddaşlarda daha silinməz izlər salır. Günahsız insanların o müdhiş şənbə gecəsində qanlarına qəltan edilməsinə "fərman” verənlər nifrətlə xatırlanır, imperiyanın diz çökməsi uğrunda əzmlə mübarizə aparan azadlıq aşiqləri (yaşından asılı olmayaraq), ölümün gözünə dik baxaraq şərəflə şəhidlik zirvəsinə yüksələnlər isə ehtiramla, məhəbbətlə anılır.

Tarixi hadisələr ictimai mahiyyətindən asılı olaraq, xalqın yaddaşına o zaman yazılır ki, sənət əsərlərinin də mövzusuna çevrilə bilsin. Bütün dövrlərdə istər münaqişələri, istər müharibələri, istərsə də digər fəlakətləri xalq necə yaşayıbsa, onun yetirdiyi yaradıcı övladları da həmin hadisələri bədii ifadə vasitələri ilə yaddaşlara yazıblar.

20 Yanvardan ötən 30 illik zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı qəlbləri riqqətə gətirən, gəncliyin yenilməzliyinin, xalqımızın azadlıq səsinin heç bir imperiya cəlladları tərəfindən batırıla bilmədiyini görürsən. Təbii ki, hər bir xalq öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə meydanlarında mətinlik, əyilməzlik dərsi keçir. Qanları ilə torpağa "Azadlıq” yazan şəhidlərimiz imperiyanın vandalizm, işğalçı, terrorçu, bir sözlə, antiinsani, antihumanist siyasəti qarşısına əliyalın çıxmaqla xalqımızın mübarizliyini və əzmkarlığını təsdiqlədilər. Şəhidlər xiyabanının hər vaxt ziyarət yerinə çevrilməsi də məhz buradan irəli gəlir.

Şənbə gecəsinin səssiz fəryadları bədii sənət nümunələrində də öz əksini tapdı. Sözün ifadə edə bilmədiyini rəssamların qan daman fırçaları cızdı, Habil Əliyevin kamanı, Kamil Cəlilovun qaboyu şəhidlərimizə matəm və hüzn dolu "layla çaldı”. Bu fəryada o gecədən şəhidlərimizin anası obrazına çevrilən Xalq yazıçısı Əzizə Cəfərzadənin dilindən qopan ağı-bayatılar, göylərə sovrulmuş ağ saçları qoşuldu... "Sən məni dəryaz kimi biç, nə qədər bacarırsan biç, amma mənim şəhidlərimin qanı torpağa toxum kimi düşüb. Hər yerdən boy verib cücərəcək:

Arazam, keç üstümdən,

Keç, karvan, keç üstümdən.

Bu dərdi mən əkmişəm,

Dəryaz al, biç üstümdən”.

Həmin o müdhiş gecə xalqımızın poeziya dilli Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Mədinə Gülgün, Məmməd Aslan, Cabir Novruz, Tofiq Mütəllibov, Şahmar Əkbərzadə, Nüsrət Kəsəmənli, Fikrət Qoca və digər vətənpərvər söz və qələm adamlarının misralarından boy verib boylandı, dağ-daşı yandırdı...

Şəhidlər xiyabanını al-qırmızıya bələyən qərənfillər Məmməd Aslanın qələmində ağladı. Qərənfil yağışlı, matəm baxışlı misralar anaların ağısına qarışdı:

Bu günahsız qanlara,

Bu didilmiş canlara,

Bu cansız cavanlara,

Ağla, qərənfil, ağla.

Bəxtiyar Vahabzadənin özü meydanda, düşmənə nifrət nidalı misraları isə xiyabanda fəryad qoparırdı:

Şəhidlərin hamısı bənzəyir bir-birinə,

Bir bax qəbirlərinə!

Hamısı qıpqırımızı qərənfilə bələnmiş,

Hamısı bir biçimdə, bir boyda cərgələnmiş,

Səbəb birdir, əməl bir, hədəf birdir, hədə bir!

Bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini təsdiq edən obrazlar yaradıldı. Təkcə poeziyada, nəsr və ya səhnə əsərlərində deyil, incəsənətin ayrı-ayrı növlərində 20 Yanvar aparıcı mövzuya çevrildi. Rəssamlıq sahəsində bu şərəfli tariximiz daha canlı, qanlı və obrazlı təsvir edildi.

Xalqımızın qan yaddaşına yazılan belə hadisələr az olmayıb. 20 yanvar 1990-cı il tarixi də yaddaşlara məhz qanla yazıldı. Təbii ki, imperiya caynaqlarından qurtarmaq o qədər də asan deyildi. Azadlığın verilmədiyi və zorla, qan bahasına alındığını da bura əlavə etməklə deyə bilərik ki, 20 Yanvar xalqımızın yaşadığı müsibətlər və faciələr silsiləsindən biri olsa da, qürur və iftixar mənbəyi, haqqın hayqırtısı, milli oyanış, birlik, əsl həmrəylik günüdür!

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM