23 Yanvar 2020 01:21
536
SİYASƏT
A- A+

ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat veriblər


20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar ABŞ Konqresində növbəti bəyanat verilib. ABŞ Konqresinin Xarici məsələlər komitəsinin üzvü Robert Aderholt faciə ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, bu ay bizim dostumuz və müttəfiqimiz Azərbaycan Respublikası Qara Yanvar hadisəsinin 30 illiyini qeyd edir. Bu hadisə XX əsr ərzində davam etmiş işğalın, yəni Azərbaycan üzərində sovet idarəçiliyinin sonunun başlanğıcı kimi simvolizə olunur.

Bəyanatda həmçinin məlumat verilir ki, 19-20 yanvar 1990-cı il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində zorakılıq zamanı sovet ordusu 100-dən çox azərbaycanlı nümayişçini qətlə yetirib, 700 nəfər yaralanıb. Sovet hərbçilərinin zorakılığına baxmayaraq, Azərbaycan əhalisi dinc etirazını 1991-ci il 18 oktyabr tarixində SSRİ-dən müstəqilliyini elan edənə qədər davam etdirib.

Konqresmen bəyanatında həmkarlarına səslənərək Azərbaycanda Qara Yanvar faciəsinin və azadlıq uğrunda canlarından keçmiş insanların xatirəsinin yad edilməsinə çağırıb, ABŞ-ın müttəfiq və tərəfdaşı Azərbaycanın yanında olduğunu vurğulayıb.

***

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat verib.

AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycan tarixinin ən faciəvi hadisələrindən biri olan Qara Yanvar gecəsi anılıb, 1990-cı ilin 20 yanvarında təxminən 26 min sovet qoşununun Azərbaycanın paytaxtı Bakı şəhərinə tanklar və zirehli maşınlarla hücum etdiyi, qadın və uşaqlar daxil olmaqla dinc nümayişçilərin, günahsız azərbaycanlıların atəşə tutulduğu bildirilib. Bu amansız hərəkətlərin 147 insanın həyatını itirməsi, 800 nəfərin yaralanması, 841 nəfərin həbsi və 5 nəfərin itkin düşməsi ilə nəticələndiyi vurğulanıb.

Konqres üzvü "Human Rights Watch” təşkilatının "Azərbaycanda Qanlı Yanvar” hesabatına istinad edərək Bakıya hücum zamanı tibb personalına, təcili tibbi yardım maşınlarına, hətta xəstəxanalara edilən hücumlar daxil olmaqla ən pis insan hüquqları pozuntularına yol verildiyini vurğulayıb. Bu hadisənin hesabatda sovet ordusunun yalnız Azərbaycanda deyil, eləcə də digər Sovet İttifaqı respublikalarında millətçilərə qarşı bir xəbərdarlıq olduğu qeyd olunub.

Bəyanatda eyni zamanda ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu və 1992-ci ilin 28 fevralında diplomatik əlaqələri tam şəkildə qurduğu və bu əlaqələrin indiyədək davam etdiyi vurğulanıb. Konqres üzvü ABŞ və Azərbaycanın strateji müttəfiqlər olduğunu, qlobal və regional səviyyədə ümumi maraqları bölüşdüyünü bildirib.

Sonda İşçi Qrupumuzun həmsədri Azərbaycanın müstəqilliyi, azad bazar iqtisadiyyatı və demokratik dəyərlər uğrunda həyatını qurban vermiş şəxsləri bir daha yad edərək həmkarlarını bu faciəvi günü anmağa çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video