Alternative content

05:30 23 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Abşeron” layihəsinin icra vəziyyətinə dair müzakirələr aparılıb
“Abşeron” layihəsinin icra vəziyyətinə dair müzakirələr aparılıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
18:39 22.01.2020

Energetika naziri Pərviz Şahbazov "Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agutla görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə "Abşeron” layihəsinin icra vəziyyəti və "Total” şirkəti ilə bərpaolunan enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.

P.Şahbazov "Abşeron” layihəsi çərçivəsində görülən işləri, ölkənin daxili tələbatının ödənilməsində böyük qaz-kondensat ehtiyatlarına malik bu yatağın rolunu yüksək qiymətləndirib. Nazir yataqda hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə maraqlanıb.

"Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru R.Agut "Abşeron” layihəsini hər iki tərəfin maraqlarına cavab verən layihə kimi dəyərləndirib. Xəzər dənizində ən dərin quyunun qazılması da daxil olmaqla "Abşeron” yatağında hasilata başlanması istiqamətində həyata keçirilən işlər barədə məlumatları diqqətə çatdırıb. Bildirib ki "Abşeron” yatağından ilk qazın əldə edilməsi 2021-ci ildə nəzərdə tutulur.

Görüşdə "Total” şirkətinin enerji transformasiyası prosesində roluna və bərpaolunan enerji sahəsindəki fəaliyyətinə də toxunulub. Energetika Nazirliyi və "Total Eren” şirkəti arasında Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə imzalanmış anlaşma memorandumu xatırladılıb və bərpaolunan enerji layihələri üzrə keçiriləcək hərraclarda şirkətlə əməkdaşlığın davam etdirilməsi niyyəti ifadə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM