Alternative content

06:05 28 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hikmət Hacıyev: Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və enerji sahələrində yaxından əməkdaşlıq edir
Hikmət Hacıyev: Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və enerji sahələrində yaxından əməkdaşlıq edir
ANA SƏHİFƏ / SİYASƏT
17:26 22.01.2020

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Belçikanın nüfuzlu "Euroactive" portalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, müsahibədə Prezidentin köməkçisi Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin onun xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini söyləyib. "Biz Avropa İttifaqı ilə bir çox sahələrdə əməkdaşlıq edirik. Azərbaycan ticarət sahəsində Avropa İttifaqının mühüm tərəfdaşlarından biridir. Həmçinin Azərbaycandakı əsas investorlar da əsas etibarilə, Avropa İttifaqı ölkələridir. Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və enerji sahələrində yaxından əməkdaşlıq edir. Xüsusən enerji sahəsində Azərbaycan və Avropa İttifaqı strateji tərəfdaşlıq münasibətlərinə malikdir”, - deyə Hikmət Hacıyev qeyd edib.

Azərbaycanın Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatdığını qeyd edən Prezident Administrasiyasının rəsmisi bildirib ki, sənəd üzrə danışıqlar Avropa İttifaqı və Azərbaycan arasında hələ də davam edir. Müəyyən fundamental məsələlər var ki, tərəflər onlarla bağlı fərqli baxışlara malikdir. Bununla belə, hər iki tərəf konstruktiv yanaşma göstərməklə, mövqeləri yaxınlaşdırmaq istiqamətində birgə iş aparır. Saziş layihəsinin demək olar ki, 90 faizi razılaşdırılıb. Lakin enerji və ticarətlə bağlı bir sıra məsələlər var ki, biz Avropa İttifaqının daha çevik yanaşma göstərməsini gözləyirik.

Şərq və Qərb arasında bağlantıların yaxşılaşdırılmasında Azərbaycanın rolu ilə bağlı suala cavabında Hikmət Hacıyev qeyd edib ki, "İpək Yolu” konsepsiyası Azərbaycanın bu məsələyə baxışı ilə üst-üstə düşür. Çünki Azərbaycan tarixən qədim İpək Yolunun üstündə yerləşib. Bu səbəbdən bu yol və Xəzər dənizi boyunca biz öz Mərkəzi Asiyadan olan tərəfdaşlarımızla birgə müxtəlif bağlantı mexanizmləri təsis edirik. Bu, yalnız nəqliyyata aid deyil. Bu, həm də informasiya və kommunikasiya texnologiyalarına aiddir. Azərbaycan Xəzər dənizi boyunca Mərkəzi Asiya, o cümlədən Çin və digər tərəfdaşları ilə birgə yeni fiberoptik xətt inşa edir. Biz, həmçinin İpək Yolunun dəniz və hava komponentləri üzərində işləyirik. Qısası, işlər yaxşı gedir. Biz Çin və Avropa İttifaqı arasındakı böyük ticarət dövriyyəsi potensialının fərqindəyik. Xüsusən də artıq istifadə verilmiş və tam işlək vəziyyətdə olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Azərbaycan orta dəhliz qismində bu məsələdə öz rolunu oynaya bilər. Biz Avropa İttifaqından olan tərəfdaşlarımızla birgə çox işlər görə bilərik. Azərbaycan İran və Rusiya ilə birlikdə Şimal-Cənub istiqamətində də bağlantılar xətti yaratmağa çalışır. Azərbaycanın dəmir yolu sistemi Rusiyanın dəmir yolu sisteminə yaxşı inteqrə edilib və əlaqələndirilib. Hazırda biz Hindistan okeanı hövzəsi ölkələrindən Avropanın şimalına malların qısa müddət ərzində çatdırıla bilməsi üçün iranlı tərəfdaşlarımızla birgə işləyirik. Bunlar bizim tərəfdaşlarımızla birgə üzərində çalışdığımız imkanlardır. Düşünürük ki, artıq bu istiqamətdə yaxşı tərəqqi əldə olunub.

Prezidentin köməkçisi Azərbaycan-NATO əlaqələrindən də danışıb. O qeyd edib ki, ötən il biz Azərbaycanın 1994-cü ildə qoşulduğu "Sülh naminə tərəfdaşlıq” Proqramının 25-ci ildönümünü qeyd etdik. O vaxtdan bəri NATO ilə əməkdaşlıq Azərbaycanda təhlükəsizlik və müdafiə islahatları sahəsində mühüm rol oynayıb. Müxtəlif NATO proqramları çərçivəsində verilən təhsil, təlim və məşğələlər Azərbaycanın öz müdafiə qabiliyyətini artırması və bu sahədə aparılan islahatlar prosesində mühüm vasitə olmuşdur. Hazırda Azərbaycan NATO tərəfindən etibarlı və öz öhdəliklərinə sadiq bir tərəfdaş kimi qəbul edilir. Bu gün Azərbaycan əsgərləri NATO müttəfiq və tərəfdaş ölkələri ilə çiyin-çiyinə Əfqanıstanda terrorizmlə mübarizə aparır və bu ölkəyə sülh və əmin-amanlıq gətirməyə çalışır. Azərbaycan, həmçinin NATO müttəfiq və tərəfdaş ölkələri üçün həyati əhəmiyyətli yüklərin nəqliyyatında tranzit və logistik qovşaq kimi də mühüm rol oynayır. Biz inanırıq ki, siyasi məsləhətləşmələr və dialoqun daha da inkişaf etdirilməsi üçün potensial var.

Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə münasibət bildirən Hikmət Hacıyev deyib ki, Aİ-nin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı prinsipial və qəti mövqeyini müsbət qiymətləndiririk. Bu mövqe Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri” sənədində bir daha öz təsdiqini tapıb. Biz bu siyasətin xüsusilə də Avropa İttifaqının Vahid Xarici və Təhlükəsizlik Siyasəti sənədinin yerinə yetirilməsinə dair Avropa Parlamentinin qətnaməsində davam etdirildiyini görürük. Bu, Avropa İttifaqının bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı öhdəlik xarakterli bir sənəddir. Bizim üçün bu, olduqca vacibdir və biz bu mövqeni təqdir edirik. Həmçinin, düşünürük ki, Helsinki Yekun Aktı və beynəlxalq hüquqdan irəli gələn bu fundamental prinsiplər heç bir ayrı-seçkiliyə yol vermədən, bütün Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla bütün münaqişələrə münasibətdə tətbiq edilməlidir. Biz bu siyasətin davam etdirilməsini və ATƏT, BMT və bəzi digər platformalarda Aİ-nin mövqeyi kimi əks etdirilməsini istərdik. Çünki ərazi bütövlüyü hər bir ölkə üçün vacib şərtdir.

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər hansı perspektiv görürsünüzmü?” sualına cavabında Prezident Administrasiyasının rəsmisi deyib: "Azərbaycan Prezidentinin də bildirdiyi kimi, təəssüf ki, ötən il münaqişənin həlli baxımından itirilmiş il olub. Biz bu münaqişənin həlli üçün hər hansı bir xüsusi hərəkət görə bilmirik. Əksinə, biz Ermənistan tərəfindən qeyri-məhsuldar, destruktiv siyasətin şahidi olduq. Danışıqlar prosesinin artıq təsis olunmuş formatının mövcudluğuna baxmayaraq, erməni tərəfi bu formatı dəyişməyə cəhd etdi. Ermənistan və Azərbaycan bu münaqişənin tərəfləridir və ATƏT-in Minsk qrupunun həmsədrləri, vasitəçilərdir. Daha sonra erməni tərəfi çox yüksək səviyyədə "yeni ərazilər, yeni müharibələr” və "bir santimetr belə ərazinin qaytarılmayacağı” kimi fikirlər səsləndirdi. Nəhayət, Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində "Dağlıq Qarabağ Ermənistandır” dedi. Bu, suveren bir dövlətin ərazisinin digər bir ölkənin rəhbəri səviyyəsində açıq şəkildə ilhaq edilməsi deməkdır. Bu, tamamilə qəbuledilməzdir. Bu, nəinki danışıqlara zərbə vurur, bütövlükdə danışıqlar prosesini dağıdır. Biz həmsədr ölkələrə, beynəlxalq ictimaiyyətə ismarıc göndərdik ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM