Alternative content

04:58 29 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
02:16 29.02.2020 Haqq nazilər, üzülməz
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademiya prezidenti Yüksək Texnologiyalar Parkında olub
Akademiya prezidenti Yüksək Texnologiyalar Parkında olub
ANA SƏHİFƏ / Elm və texnika
17:25 22.01.2020

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) yaradılmış iş şəraiti ilə tanış olub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə AMEA İşlər idarəsinin müdiri, YT Parkın direktoru, professor Elton Məmmədov AMEA rəhbərliyinə Yüksək Texnologiyalar Parkının xəritəsi əsasında ərazinin plan-sxemi üzrə ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış AMEA-nın Yüksək Texnologiyalar Parkında innovasiyayönümlü tədqiqat işlərinin istehsalatda yüksək texnologiyalarla tətbiqinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb. E.Məmmədov ölkə üçün strateji əhəmiyyət kəsb edən müdafiə və mülki xarakterli layihələr, tədqiqat nəticələrinin yüksək elmtutumlu texnologiyalar üzərində tətbiqi və müxtəlif təyinatlı yüksək texnologiyaların işlənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevi yüksək texnologiyaların istehsalı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi və perspektivdə duran layihələrin həyata keçirilməsinə dair mövcud vəziyyətlə tanış edən YT Parkın direktoru görülən işlər barədə ətraflı məlumat verib.

Son iki ay ərzində ərazidə aparılan tikinti-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən YT Parkın əvvəl və sonra dronla çəkilmiş vizual görüntüsü AMEA rəhbərliyinin diqqətinə təqdim edilib.

Sonra AMEA rəhbərliyi Xəzərətrafı regionda yeganə qaz laboratoriyası kimi neft və qaz məhsullarının analizi aparılan Elmi-analitik sınaq laboratoriyası ilə tanış olub. Buradakı elmi tədqiqat işləri, beynəlxalq və yerli müəssisələrlə, neft və qaz sektoruna aid elmi-tədqiqat institutları ilə bağlanmış müqavilələr barədə akademiya prezidentinə geniş məlumat verilib.

Həmçinin Ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası, Təcrübə otağı, Təcrübə-sənaye zavodu və rezidentlərin iş şəraitinə baxış keçirilib, mülki, eləcə də müdafiə xarakterli istehsal sahələri və istehsal prosesləri ilə tanışlıq olub.

Laboratoriya müdirləri və istehsal müəssisələrinin rəhbərləri AMEA Rəyasət Heyətinin üzvlərinə gördükləri işlər barədə ətraflı məlumat veriblər. Tədbir ərazidə son iki ayda aparılmış tikinti-quruculuq, yaşıllıq-abadlaşdırma işlərinə baxışla başa çatdırılıb.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri – birinci vitse-prezidentlər akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, vitse-prezidentlər – akademik Tofiq Nağıyev, akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, habelə bir sıra elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi işçilər, YT Parkın əməkdaşları iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM