Alternative content

23:48 18 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 20 Yanvar şəhidi Valeri Boqdanovun ailəsi ziyarət edilib
20 Yanvar şəhidi Valeri Boqdanovun ailəsi ziyarət edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:42 22.01.2020
XQ-2020BOLGE-2020SABIR-E21.01.2020-GENCE-ŞEHID-20 YANVAR
Xq-23


20 yanvar faciəsinin 30-cu ildönümündə gəncəli şəhid Valeri Boqdanovun ailəsi Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələri tərəfindən ziyarət edilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayev, Kəpəz Rayon Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev, bir qrup dəmiryolçu və KİV nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidin əziz xatirəsini yad edib, dərin hörmət və ehtiramlarını bildiriblər.
Vəfa Abbasova Valeri Boqdanovun anası Valentina Boqdanovaya başsağlığı verərək bildirib ki, 30 il bundan öncə xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılan 20 Yanvar hadisəsi Azərbaycan tarixində əsl qəhrəmanlıq səhifəsidir. Bu yolda qəhrəmancasına şəhidlik zirvəsinə ucalanlardan biri də məhz Valeri Boqdanov olmuşdur. Şəhidlərin xatirəsini əziz tutmaq, yaşatmaq isə hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
Valentina Boqdanova gələn qonaqlara öz minnətdarlığını bildirdikdən sonra
Valeri Boqdanovun keçdiyi ömür yoluna nəzər salınıb. Qeyd edilib ki, Valeri Zakir oğlu Boqdanov 1958-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Rostov Dəmiryolu Universitetinin məzunu olub. Gəncədə dəmiryolu sahəsində çalışıb. Valeri sonrakı dövrlərdə Bakıda Milli Təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o, Xəzər sahillərində ölkəmizin sərhədlərini qoruyarkən qəhrəmancasına şəhid olub. Valeri Boqdanov ailədə yeganə oğlan övladı idi.

SabirƏLİYEV,
"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM