Alternative content

21:29 18 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəhidlərin xatirəsi abidələri önündə anıldı
Şəhidlərin xatirəsi abidələri önündə anıldı
ANA SƏHİFƏ / SİYASƏT
02:09 22.01.2020


Onlara ən böyük abidə əslində qəlbimizdə ucaldılıb. O ucalıqda 20 Yanvar şəhidlərinin hər biri olduqca möhtəşəmdir, əzəmətlidir...

Azərbaycan xalqı 1990-cı ilin yanvarında öz azadlığını və dövlət müstəqilliyini bərpa etmək üçün meydanlara çıxdı. 1990-cı il yanvarın 19-dan

20-nə keçən gecə sovet qoşun hissələri yetmiş il sonra bir də qanlı əlini Azərbaycana uzatdı. Məqsəd yenə də bir xalqın azadlıq harayını susdurmaq idi. Bakının hər yerində olduğu kimi, şimal qapısında da aramsız güllə səsləri eşidildi. İndi "20 Yanvar dairəsi” adlanan həmin yer şəhid qanına boyandı.

O gecənin şəhidləri yeni bir nəslin azadlıq dastanını yazdılar. Sonradan imperiya qüvvələrinin törətdikləri cinayətləri ört-basdır etmək cəhdləri boşa çıxdı. Çünki o qanlı yanvar gecəsində baş verən hadisələri, qurban gedənləri Azərbaycan xalqı unudulmağa qoymadı. 20 Yanvar faciəsinə elə o matəm günlərindən başlayaraq neçə-neçə əsər həsr olundu. Şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar, heykəltəraşlar bu gün də o tarixi hadisələrə yeni-yeni əsərlər ithaf edirlər.

20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş ən dəyərli əsərlərdən biri də 1990-cı ildə paytaxta hücum edən sovet qoşununun şəhərə daxil olduğu istiqamətdə - Bakının şimal qapısında ucaldılan "20 yanvar abidə kompleksi”dir.

Kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanıldı. Memar Ədalət Məmmədov, heykəltəraşlar Azad Əliyev və Cavanşir Dadaşov xalqın mübarizlik ruhunun, yenilməzliyinin simvolu olan elementlərdən böyük məharətlə istifadə edərək möhtəşəm abidə-kompleks yaratdılar.

Bir vaxtlar bu ərazidə XI Qızıl ordunun şərəfinə qoyulmuş abidə var idi. 1990-cı ildə sovet ordusu Bakıda kütləvi qırğınlar törətdikdən sonra həmin abidə-kompleks götürüldü. Ərazinin yaxınlığında, Bakının Yasamal rayonunda, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində "20 yanvar abidə kompleksi” ucaldıldı. Memorial kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir.

Kompleksin divarı Afrika və Ukraynadan gətirilmiş qranit plitə ilə üzləndi. Abidənin ətrafındakı meydana da qranit plitə döşəndi. Layihəyə əsasən abidənin arxa hissəsindəki park abadlaşdırıldı, kompleksin qarşısında müasir işıqlandırma sistemi quraşdırıldı. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə qoyuldu. Abidənin üzərində 20 yanvar qətliamında həlak olanların adı və soyadı, eləcə də Ulu Öndər Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözləri qızılı hərflərlə həkk olundu. Postamentdə "20 Yanvar şəhidlərinin əziz xatirəsinə” sözləri yazıldı.

Azərbaycanın paytaxtında "20 Yanvar abidə-kompleksi”nin açılışı 20 yanvar 2010-cu ildə oldu. Açılış mərasimində Prezident İlham Əliyev iştirak etdi.

20 Yanvar faciəsindən otuz il ötür. Azərbaycan xalqı şəhidlərin qanı bahasına qazandığı azadlığını əzmlə, qürurla qoruyur, nəsildən-nəslə ötürür. Müstəqilliyimiz yolunda canını qurban verən şəhidlərin xatirəsi yaşayır və yaşayacaq. "20 yanvar abidə kompleksi” də vətənsevərlərin ziyarət yerinə çevrilib. Bu abidə təkcə 20 Yanvar faciəsinin dərdini, fəryadını anlatmır, həm də xalqımızın mərdliyini, soydaşlarımızın vətən sevgisinin ölməzliyini qranit lövhədə ifadə edir.

Hər il olduğu kimi, bu il də Bakı Metropoliteninin "20 Yanvar” stansiyasının üzərindəki 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətə gələnlərin ardı-arası kəsilmədi. Ahıl da, gənc də, uşaq da bu abidəni ziyarət etməyi özünə borc bildi. Abidənin yaxınlığında səslənən kədərli musiqi də otuz illik ayrılığın ağrı-acısını əks etdirirdi. Əllərində tər çiçəklər tutmuş adamların baxışlarından həm də qürur, mübarizlik boy verirdi.

Yasamal rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, paytaxt ictimaiyyətinin nümayəndələri faciənin 30-cu ildönümü ilə əlaqədar 20 Yanvar meydanındakı abidə kompleksinin önünə əklil qoyub, gül düzüb, şəhidlərin xatirəsinə öz ehtiramlarını ifadə etdilər.

Ziyarətə gələnlər arasında Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev 20 Yanvar dairəsində baş verənləri yada saldı: "1990-cı ilin yanvarında sovet imperiyası milli azadlıq hərəkatını boğmaq üçün Bakıda qırğın törətdi. O zaman igid Azərbaycan oğulları və qızları küçələrdə hərbi texnikanın önünə əliyalın çıxmışdılar. Bu hadisələr zamanı qətlə yetirilənlərin çoxu məhz burada gülləyə tuş gəlib. Yanvarın 19-da gecə bu əraziyə çoxlu insan yığılmışdı. Tankların insanlara doğru hərəkət etdiyini gördük. Respublika xəstəxanasının yanından insanlara - uşaq, gənc, ahıl demədən, hamıya atəş açırdılar. Ölən və yaralananların sayı çox idi. Bəşər tarixində belə bir faciə törədilməmişdi. 20 Yanvar günü insanlar qətl edilsələr də, onların azadlıq səsini boğa bilmədilər”.

B.Şeydayev diqqətə çatdırdı ki, Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayətin humanizmə zidd olduğunu bəyan edib. Bakıda törədilmiş cinayətlər haqqında həqiqətlərin ilk dəfə dünya ictimaiyyətinə çatdırılmasında onun bu qətiyyətli addımı mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər böyük cəsarət göstərərək 1990-cı ilin 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət verməklə yanaşı, "20 Yanvar Şəhidi” fəxri adını da təsis edib. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım göstərilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar imzalanıb. Şəhid ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasəti hazırda Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

B.Şeydayev hazırda dövlət tərəfindən şəhid ailələrinə, əlillərə diqqət və qayğı, maddi, mənəvi dəstək göstərildiyini vurğulayıb. Şəhid ailələri dövlət tərəfindən birdəfəlik müavinət və təqaüd alır, dövlət büdcəsi hesabına mənzil və avtomobillərlə təmin edilirlər. Şəhid ailələrinin və əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət başçısının imzaladığı fərmanlar göstərilən diqqət və qayğının əyani təzahürüdür. B.Şeydayev bildirib: "Biz də çalışırıq ki, övladlarımız vətənpərvər ruhda tərbiyə alsınlar. Torpaqlarımızı işğaldan azad etmək üçün bizdə vətənpərvərlik ruhu daim yüksək olmalıdır. İnanırıq ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız erməni işğalından azad olunacaq”.

Bu hadisələrin hər il xatırlanması və kütləvi tədbirlərlə qeyd olunması bir daha göstərir ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Zöhrə FƏRƏCOVA,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM