22 Yanvar 2020 02:07
1634
İDMAN
A- A+

Kürdəmirdə 20 Yanvar şəhidləri anıldı


Ölkənin qabaqcıl peşə təhsili ocaqlarından olan Kürdəmir Peşə Liseyi və yerli Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq anım mərasimi və futzal turniri keçirilmişdir.

Liseyin fiziki tərbiyə rəhbəri, Əməkdar bədən tərbiyəsi və idman xadimi, fəxri bədən tərbiyəsi və idman işçisi, yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatının yeddiqat mükafatçısı Əlsahab Abbasovun verdiyi məlumata görə, Prezident

İlham Əliyevin "20 Yanvar faicəsinin 30-cu ildönümü haqqında” sərəncamında qeyd olunduğu kimi, xalqımız mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur: "Biz də bu sərəncamdan irəli gələn vəzifələri rəhbər tutaraq, milli müstəqillik uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla anaraq mərasim keçirmiş, yeniyetmələrə və gənclərə 30 il öncə baş vermiş hadisələr barədə dolğun məlumat vermişik”.

Bundan əlavə, liseyin tələbələri arasında futzal turniri təşkil edilmişdir. Yarışın qalibləri kubok və fəxri fərmanla təltif olunmuşlar.

Rizvan CƏFƏROV,

"Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video