Alternative content

08:13 20 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əsas kapitala 17,1 milyard manatdan çox vəsait yönəldilmişdir
Əsas kapitala 17,1 milyard manatdan çox vəsait yönəldilmişdir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:04 22.01.2020


Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 184,3 milyon manat vəsait yönəldilmişdir.

Sərf edilmiş vəsaitin 65,4 faizini tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Ümumi sərmayənin 66,3 faizi məhsul istehsalı və 25,8 faizi xidmət sahələrinə, 7,9 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,8 faizini təşkil etmişdir.

İl ərzində əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52, büdcə vəsaitləri 28,3, bank kreditləri 12, əhalinin şəxsi vəsaitləri 5,7, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,2, digər vəsaitlər 0,8 faiz olmuşdur.

2019-cu ildə paytaxtda Bakı Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, Şpris istehsalı zavodu, DOST Agentliyinin və DOST mərkəzlərinin inzibati binaları, Əmlak Xidmətləri Məkanı, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, Mərdəkan-Qala avtomobil yolu, Pirşağı qəsəbəsində avtomobil tuneli, Sumqayıt şəhərində "SOCAR karbamid” zavodu, Polietilen zavodu, Muğam Mərkəzi, Nizami kinoteatrının yeni binası, Ağdaş rayonunda Biyan Sənaye Parkı, Ağdaş Rayon Telekommunikasiya Qovşağında "Şəbəkə” Xidmət Mərkəzi, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad və Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolları, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, Qəbələ və Qobustan rayonlarında "Azərxalça” ASC-nin filialları, Qobustan-Poladlı avtomobil yolu, Şamaxı rayonunda "Asan Həyat” kompleksi, bunlardan əlavə, Bakı şəhərində 1920 şagirdlik ümumi təhsil müəssisəsi, 280 yerlik məktəbəqədər təhsil müəssisəsi, 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 2220 şagirdlik 7 ümumi təhsil müəssisəsi, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi və 4 ambulatoriya-poliklinika müəssisəsi, Lənkəran şəhərində 432, Şəki şəhərində 624, Ağcabədi rayonunda 696, Lerik rayonunda 360, Cəlilabad rayonunda 180, İmişli rayonunda 756, İsmayıllı rayonunda 400, Quba rayonunda 180 şagird yerlik ümumi təhsil müəssisəsi, Goranboy, Qazax, Qobustan və Şəmkir rayonlarında 585 çarpayılıq xəstəxana, Abşeron rayonunda 140 yerlik məktəbəqədər təhsil müəssisəsi, Beyləqan rayonunda 150 şagirdlik ümumi təhsil müəssisəsi və 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, Oğuz rayonunda 100 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM