22 Yanvar 2020 02:02
963
Mədəniyyət
A- A+

Muzey əməkdaşlarının “Könüllülər ili”nə ilk töhfəsi


AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi öz elmi-kütləvi fəaliyyəti ilə yanaşı, xalqımızın mənəvi dəyərlərindən sayılan xeyriyyəçilik ənənələrinə sadiqlik nümunəsi də göstərir. Muzey əməkdaşları 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində ilin ilk xeyriyyə tədbirini təşkil ediblər.

Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi bildirib ki, yaradılmasının 100 illiyinə hazırlaşan Milli Azərbaycan Tarixi Muzeyinin bu təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili” elan edən müvafiq sərəncamı ilə əlaqədardır. Tədbir uşaqlara daha çox diqqət və qayğı göstərilməsinin vacibliyinin təsdiqidir: "Sağlamlıq imkanları məhdud olan hər kəs yaşından asılı olmayaraq cəmiyyət tərəfindən daha çox diqqət umur. Bu da təbiidir. Xüsusən belə kateqoriyalı uşaqlar həssas olurlar, kiçik bir qayğı onların cəmiyyətə inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir. Ona görə də kollektivimiz həmişə bu istiqamətdə müəyyən tədbirlər təşkil edir. Düşünürük ki, hər sınıq könülü oxşamaq, onu ovundurmaq xeyirxahlıqla yanaşı, həm də savabdır” .

Muzey əməkdaşlarının ianəsi ilə toplanan vəsaitlə sosial xidmət müəssisəsinin 176 uşağına isti geyim dəsti alınıb və birgünlük yemək təşkil edilib. Sosial Xidmət Müəssisəsinin direktoru Sevinc Məlikova tədbirdə onu da vurğulayıb ki, bu aksiya "2020-ci il - "Könüllülər ili”nin ilk xeyriyyə tədbiridir. O, həmçinin rəhbərlik etdiyi müəssisənin müəllim və uşaqlarının adından AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Qədim Musiqi Alətləri Ansamblının rəhbəri, Xalq artisti Munis Şərifov və çalğıçı Pərviz Hacıbəyovun xüsusi təqdim etdikləri musiqili əyləncə proqramı isə iştirakçıların zövqünü oxşayıb və alqışlarla qarşılanıb.

M.NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video