21 Yanvar 2020 18:03
629
DÜNYA
A- A+

İŞİD-in yeni liderinin adı açıqlandı


İŞİD-in banilərindən biri və ideoloqu Əmir Məhəmməd Səid Əbdürrəhman Məvli Səlbi terrorçu təşkilatın yeni lideri olmuşdur. Bu barədə Britaniyanın "The Guardian” qəzeti kəşfiyyatdakı mənbələrə istinadən xəbər verir.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Əmir Məhəmməd Səid İraqda doğulub. O, Əbu Bəkr Bağdadinin müavinlərindən biri idi. Onlar 2004-cü ildən, hələ İraqdakı ABŞ düşərgəsində məhbus olan vaxtlardan tanışdırlar.
Qəzet yazır ki, hazırda yeni lider əsasən təşkilata son dövrdə qoşulmuş rəhbər şəxsləri birləşdirməyə cəhd edir. Eyni zamanda onun Türkiyədə əlaqələri olduğu iddia edilir. Belə ki, Əmir Məhəmməd Səidin qardaşı "İraq Türkmən Cəbhəsi” siyasi hərəkatının nümayəndəsidir.
Ekspertlərin fikrincə, İŞİD-in yeni lideri şəriəti öyrəndiyi İraqın Mosul şəhərinin ətrafında gizlənə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video