21 Yanvar 2020 17:46
525
SİYASƏT
A- A+

Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili yanvarın 21-də Tbilisidə keçirilən görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İrakli Qaribaşvili görüşün əhəmiyyətini qeyd edərək, Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasında göstərdiyi dəstəyə görə ölkəsinin adından Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O deyib ki, Gürcüstan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan ilə Gürcüstan arasında 2020-ci ildə hərbi sahədə əməkdaşlığa dair fəaliyyət planının imzalanması bu istiqamətdə əlaqələrimizin inkişafına mühüm töhfə verəcək.

Gürcüstanın Müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin 2020-ci ildə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mehriban qonşuluq və yaxın dostluq münasibətlərinin önəminə toxunub. Görüşdə regionda hərbi-siyasi vəziyyətin müzakirə olunduğunu vurğulayan general-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyir. Biz də bütün beynəlxalq təşkilatlarda həmin dəstəyi Gürcüstan tərəfindən görürük.

Azərbaycanın və Gürcüstanın regionda böyük əhəmiyyətə malik birgə layihələr həyata keçirdiklərini deyən nazir diqqətə çatdırıb ki, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir: "Biz hərbi sahədə həm ikitərəfli, həm də üçtərəfli - Azərbaycan-Gürcüstan-Türkiyə formatlarında səmərəli əməkdaşlıq edirik. Söhbət zamanı regiondakı böyük iqtisadi layihələri və onların təhlükəsizliyinin təmin olunması məsələlərini də nəzərdən keçirdik”.

Görüşdə 2020-ci ildə hərbi sahədə əməkdaşlığa dair fəaliyyət planının imzalanmasının əhəmiyyətinə toxunan nazir qeyd edib ki, planda şəxsi heyətin birgə təlimlərinin təşkili və digər tədbirlər nəzərdə tutulub. General-polkovnik Zakir Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video