17:45 17 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
ANA SƏHİFƏ / SİYASƏT
15:53 21.01.2020

20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar ABŞ Konqresində növbəti bəyanat verilib. ABŞ Konqresinin Xarici məsələlər komitəsinin üzvü Robert Aderholt faciə ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, bu ay bizim dostumuz və müttəfiqimiz Azərbaycan Respublikası Qara Yanvar hadisəsinin 30 illiyini qeyd edir. Bu hadisə XX əsr ərzində davam etmiş işğalın, yəni, Azərbaycan üzərində sovet idarəçiliyinin sonunun başlanğıcı kimi simvolizə olunur.

Bəyanatda, həmçinin məlumat verilir ki, 19-20 yanvar 1990-cı il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində zorakılıq zamanı sovet ordusu 100-dən çox azərbaycanlı nümayişçini qətlə yetirib, 700 nəfər yaralanıb. Sovet hərbçilərinin zorakılığına baxmayaraq, Azərbaycan əhalisi dinc etirazını 1991-ci il 18 oktyabr tarixində SSRİ-dən müstəqilliyini elan edənə qədər davam etdirib.

Konqresmen bəyanatında həmkarlarına səslənərək Azərbaycanda Qara Yanvar faciəsinin və azadlıq uğrunda canlarından keçmiş insanların xatirəsinin yad edilməsinə çağırıb, ABŞ-ın müttəfiq və tərəfdaşı Azərbaycanın yanında olduğunu vurğulayıb.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM