Alternative content

06:26 24 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ Konqresinin üzvü 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat verib
ABŞ Konqresinin üzvü 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat verib
ANA SƏHİFƏ / SİYASƏT
22:28 20.01.2020

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat verib.

AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycan tarixinin ən faciəvi hadisələrindən biri olan Qara Yanvar gecəsi anılıb, 1990-cı ilin 20 yanvarında təxminən 26 min sovet qoşununun Azərbaycanın paytaxtı Bakı şəhərinə tanklar və zirehli maşınlarla hücum etdiyi, qadın və uşaqlar daxil olmaqla dinc nümayişçilərin, günahsız azərbaycanlıların atəşə tutulduğu bildirilib. Bu amansız hərəkətlərin 147 insanın həyatını itirməsi, 800 nəfərin yaralanması, 841 nəfərin həbsi və 5 nəfərin itkin düşməsi ilə nəticələndiyi vurğulanıb.

Konqres üzvü "Human Rights Watch” təşkilatının "Azərbaycanda Qanlı Yanvar” hesabatına istinad edərək Bakıya hücum zamanı tibb personalına, təcili tibbi yardım maşınlarına, hətta xəstəxanalara edilən hücumlar daxil olmaqla ən pis insan hüquqları pozuntularına yol verildiyini vurğulayıb. Bu hadisənin hesabatda sovet ordusunun yalnız Azərbaycanda deyil, eləcə də digər Sovet İttifaqı respublikalarında millətçilərə qarşı bir xəbərdarlıq olduğu qeyd olunub.

Bəyanatda, eyni zamanda, ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu və 1992-ci ilin 28 fevralında diplomatik əlaqələri tam şəkildə qurduğu və bu əlaqələrin indiyədək davam etdiyi vurğulanıb. Konqres üzvü ABŞ və Azərbaycanın strateji müttəfiqlər olduğunu, qlobal və regional səviyyədə ümumi maraqları bölüşdüyünü bildirib.

Sonda İşçi Qrupumuzun həmsədri Azərbaycanın müstəqilliyi, azad bazar iqtisadiyyatı və demokratik dəyərlər uğrunda həyatını qurban vermiş şəxsləri bir daha yad edərək həmkarlarını bu faciəvi günü anmağa çağırıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM