Alternative content

06:04 24 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Moskvadakı səfirliyində Qara Yanvar şəhidlərinin nurlu xatirəsi anılıb
Azərbaycanın Moskvadakı səfirliyində Qara Yanvar şəhidlərinin nurlu xatirəsi anılıb
ANA SƏHİFƏ / SİYASƏT
22:26 20.01.2020

Yanvarın 20-də Azərbaycanın Moskvadakı səfirliyində Qara Yanvar şəhidlərinin nurlu xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində səfirlikdə yanvarın 20-nə keçən gecə Bakıda şəhid olanların memorialı, habelə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin barelyefi önünə əklillər və çiçəklər qoyulub.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu matəm tədbirini açaraq, 30 illik tarixi olan hadisələrə qısa ekskurs edib. O vurğulayıb ki, bu faciəli tarix xalqımızın yaddaşına əbədi həkk olunub.

Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq Araşdırmalar İnstitutunun Postsovet Məkanı Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski , Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar, "Valday” Klubunun eksperti Fərhad İbrahimov 1990-cı ilin Qanlı Yanvar hadisələrinin faciəli nəticələrindən, dünya ictimaiyyətinin hadisələrə reaksiyasından danışıblar. Onlar ümidvar olduqlarını bildiriblər ki, bu faciə bir daha heç yerdə təkrarlanmayacaq.

Tədbirdə Moskvada akkreditə olunmuş xarici ölkələrin səfirləri və diplomatik korpusun nümayəndələri, Dövlət Dumasının deputatları, Rusiya ictimaiyyətinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçiləri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Xatirə gecəsi matəm konserti ilə başa çatıb. Ehsan verilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM