Alternative content

09:17 20 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rumıniya KİV-lərində 20 Yanvar faciəsi ilə bağlı məqalələr yayılıb
Rumıniya KİV-lərində 20 Yanvar faciəsi ilə bağlı məqalələr yayılıb
ANA SƏHİFƏ / SİYASƏT
18:58 20.01.2020

Rumıniya KİV-ləri, o cümlədən AGERPRES milli xəbər agentliyi və "Ultima Ora” qəzeti Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun "Qara Yanvar” - müasir Azərbaycanın müstəqilliyi yolunda başlanğıc nöqtəsi” sərlövhəli məqaləsini yayıb.

Məqalədə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib. Faciənin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğu qeyd edilib. Sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyi diqqətə çatdırılıb. Sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddiaları və 300 mindən artıq soydaşımızın Ermənistan ərazisindən qovulması barədə məlumat verilib. M.Qorbaçovun uğursuz "perestroyka”sı nəticəsində 1980-ci illərin sonlarından Sovet İttifaqında dezinteqrasiya proseslərinin başlandığı və Azərbaycan da daxil olmaqla sovet respublikalarında milli azadlıq hərəkatının canlandığı, SSRİ rəhbərliyinin məsələnin siyasi yolla həllinin mümkünsüz olmasını anladığı və əvəzində terrora əl atdığı bildirilib.

Müəllif 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gedərək, sovet rəhbərliyinə qarşı açıq etirazını bildirdiyini, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini vurğulayıb. Bildirilib ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM