20 Yanvar 2020 16:08
732
İQTİSADİYYAT
A- A+

Builki Dünya İqtisadi Forumu 119 milyarderi bir araya gətirəcək


Yanvarın 21-24-də İsveçrənin Davos şəhərində keçiriləcək 50-ci Dünya İqtisadi Forumu (WEF) dünyanın hər yerindən 119 milyarderi bir araya gətirəcək.

AZƏRTAC xəbər verir ki, bu siyahıda "Bridgewater Associates LP” şirkətinin təsisçisi Ray Dalio, "Blackstone Group Inc” şirkətinin prezidenti Stiv Scvarzman və "JPMorgan Chase & Co” şirkətinin baş icraçı direktoru Ceymi Dimon da var. Foruma qatılacaq milyarderlərin ümumi sərvəti 500 milyard dollardan çoxdur.

Qeyd edək ki, təxminən 100 ölkədən 2000-dən çox şəxsin iştirak edəcəyi, "Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçiriləcək forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas təşkil olunacaq. Dünya İqtisadi Forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil ediləcək.

Forumda ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş Naziri Cüzeppe Konte, Avropa Komissiyasının sədri Ursula Von der Leyen, İspaniyanın Baş Naziri Pedro Sançes, İsveçrə Prezidenti Simonetta Sommaruqa, Əfqanıstan Prezidenti Əşrəf Qani, Avstriyanın Baş Naziri Sebastian Kurts, Kolumbiya Prezidenti İvan Duke, Finlandiyanın Baş Naziri Sanna Marin, Yunanıstanın Baş Naziri Kiryakos Mitsotakis, Niderlandın Baş Naziri Mark Rutte, Norveçin Baş Naziri Erna Sulberq, Pakistanın Baş Naziri İmran Xan, Ukrayna Prezidenti Vladimir Zelenski, BMT-nin Baş katibi Antonio Quterreş, Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqardın iştirakı nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video