20 Yanvar 2020 09:52
600
SİYASƏT
A- A+

Avstriyanın aparıcı xəbər agentliyinin saytında 20 Yanvar faciəsi barədə material yerləşdirilib

Avstriya Mətbuat Agentliyinin (APA) saytında Azərbaycan xalqının qan yaddaşında silinməz iz buraxan, müstəqilliyə aparan yolda dönüş nöqtəsi olan 20 Yanvar hadisələrinə həsr olunmuş material yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə "Qara Yanvar” ərəfəsində cərəyan edən hadisələrə nəzər salınıb. Qeyd edilib ki, 80-ci illərin sonunda Azərbaycan xalqı Sovet imperiyasından ayrılaraq müstəqilliyə can atırdı. Milli azadlıq hərəkatını beşikdə boğmağa qərar verən sovet hökuməti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gücə Bakıya qoşun yeritdi. Dinc əhaliyə qarşı göndərilən ordu günahsız insanları qətlə yetirdi və ölənlərin bir hissəsi isə siyasi hadisələrdən kənarda olan şəhər sakinləri idi.

Sovet rejimi Bakıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliyi hər vəchlə dünya ictimaiyyətindən gizlətməyə çalışsa da, buna müyəssər ola bilmədi. Beynəlxalq mətbu orqanları və vətəndaş cəmiyyəti təşkilatları bu hadisələrin xalqın iradəsini qırmağa hesablandığını, kollektiv cəza metodu kimi tətbiq olunduğunu, lakin bununla belə sovet sistemini çökdürmə potensialı daşıdığını yazırdılar.

Məqalənin sonunda qeyd edilib ki, Azərbaycan xalqının hər il dərin kədər, eyni zamanda qürurla andığı 20 Yanvar faciəsi 70 il davam edən Sovet imperiyasının çöküşünü və Azərbaycanın yenidən öz dövlət müstəqilliyinə qovuşmasını sürətləndirdi.

Həmçinin Vyanada "AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyində də Avstriyada yaşayan soydaşlarımızın iştirakı ilə faciənin otuzuncu ildönümü münasibətilə anım tədbiri keçirilib. Öncə "Qara Yanvar" hadisələrinin qurbanları və bütün şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təşkilatın sədri Yardım Günəş 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüb, həmin hadisələr vaxtı Azərbaycandan kənarda yaşayan soydaşlarımızın keçirdiyi hisslərdən bəhs edib. O, Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi olan 20 Yanvarın xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb. Avstriyada təhsil alan Fərid Quluzadə tarixi aspektdə baş vermiş hadisələri şərh edib, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi istiqamətində oynadığı rola nəzər salıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video