Alternative content

06:38 24 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Özbəkistanın interpress.uz portalında 20 Yanvar faciəsi ilə bağlı yazı dərc edilib
Özbəkistanın interpress.uz portalında 20 Yanvar faciəsi ilə bağlı yazı dərc edilib
ANA SƏHİFƏ / SİYASƏT
08:09 20.01.2020

Özbəkistanın interpress.uz portalında 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə özbək dilində material yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 30 il bundan əvvəl sovet qoşunlarının Bakıya yeridilməsindən bəhs olunur. Qeyd edilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu hissələri, daxili qoşunlar və xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilib, bir gecənin içində xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədilib. Nəticədə 147 insan qətlə yetirilib, 638 nəfər yaralanıb, 841 şəxs əsassız olaraq həbs edilib.

Materialda sovet ordusu tərəfindən Bakıda və ölkəmizin digər ərazilərində törədilən vəhşiliklər haqqında söhbət açılır. Bu qanlı faciənin törədilməsinə görə başda Mixail Qorbaçov olmaqla keçmiş SSRİ rəhbərlərinin məsuliyyət daşıdıqları vurğulanır. Diqqətə çatdırılır ki, bu faciənin törədilməsi beynəlxalq hüquq normalarına ziddir. Belə ki, Bakıda 5.45 kalibrli zəhərli güllələrdən istifadə edilib və bu silahın istifadəsi beynəlxalq qanunlarla qadağan olunub.

Vurğulanıb ki, o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın bu şəhərdəki daimi nümayəndəliyinə gələrək qanlı qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edib.

Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM