Alternative content

05:16 24 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 yanvar 2020-ci il tarixli 32 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 yanvar 2020-ci il tarixli 32 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
ANA SƏHİFƏ / MSK
03:06 20.01.2020

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Müzadil Zaur oğlu 2020-ci il yanvarın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizədliyinin qeydiyyatının ləğv edilməsinə dair dairə seçki komissiya¬sının 16 yanvar 2020-ci il tarixli 45/122 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olun¬masını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddə-lərinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiya¬sına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiya¬nın iclasında baxılmışdır.

M.Z.Həsənov müraciətində 38 saylı Nizami ikinci (Gəncə) seçki dai¬rəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 45/122 saylı qərarı ilə Rusiya Federasiyasının vətəndaşı olması səbəbindən onun namizəd¬liyinin qeydə alınmasından imtina edildiyini, ancaq Rusiya vətəndaşlığından artıq çıxdığını, başqa sözlə ikili vətəndaşlığı olmadığını əsas gətirərək bu qərarı mübahisələndirmişdir.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması ona izah edilmişdir.

Dairə seçki komissiyası M.Z.Həsənovun namizəd kimi qeydə alın¬masından imtina edilməsi barədə qərarını onun həm də Rusiya Federasiyasının vətəndaşı olması faktı ilə əsaslandırmışdır.

Daxil olmuş müraciətlə bağlı dairə seçki komissiyasından M.Z.Həsə¬novun seçki sənədləri tələb olunaraq araşdırıldı. Məlum oldu ki, M.Z.Həsə¬nov 38 saylı Nizami ikinci (Gəncə) seçki dairə¬sindən namizədliyini öz təşəbbüsü ilə irəli sürdüyü zaman öz imzası ilə təsdiq edərək dairə seçki komissiyasına təqdim etdiyi öhdəlik ərizəsində Azərbaycan Respublikasının vətəndaşı olduğunu, seçkilərdə iştirak etmək hüququna malik olduğu-nu, ikili vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olmadığını göstərmiş-dir.

Lakin dairə seçki komissiyası tərəfindən deputatlığa namizəd kimi qey¬də alındıq-dan sonra Azərbaycan Respublikasının və Rusiya Federasiyasının müvafiq dövlət orqanlarından daxil olmuş məlumatlara görə onun həm də Rusiya Federasiyasının vətəndaşı olması faktı aşkarlanmışdır. Bununla bağlı dairə seçki komissiyası Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, Mərkəzi Seçki Komis¬siyası 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Həsənov Müzadil Zaur oğlunun Rusiya Federasiyasının vətəndaşı olması faktı¬nın aşkar olunması ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusi¬yasına və Seçki Məcəlləsinə zidd olan halları nəzərə alaraq həmin seçki dairəsi dairə seçki komissiyasının onun deputatlığa namizədliyinin qeydə alınması haq¬qında 6 yanvar 2020-ci il tarixli 38/104 saylı qərarını ləğv etmiş və M.Z.Həsənovun deputatlığa namizədliyinin qeydə alınması məsələsinə dairə seçki komissiyası tərəfindən yenidən baxılmasına dair qərar qəbul etmişdir.

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyası 2020-ci il yanvarın 16-da M.Z.Həsənovun deputatlığa namizədliyinin qeydə alınması məsələsinə yenidən baxmış, onun Rusiya Federasiyasının vətəndaşlığında hələ də qalması faktını və bunun Azərbaycan Respublikasının Konstitusiyasının 85-ci və Seçki Məcəlləsinin 13.3.3-cü maddəsinin tələblərini pozduğunu əsas götürərək, onun namizədliyinin qeydə alınmasından imtina üçün hüquqi əsasların olması qənaətinə gəlmiş və onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə qərar qəbul etmişdir.

Araşdırma zamanı namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş M.Z.Həsənov Rusi¬ya Federasiyasının vətəndaşlığından çıxması, başqa sözlə, ikili vətəndaşlığının qalma¬ması faktını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir.

Göstərilənlərə əsasən şikayət təmin edilməməli, M.Z.Həsənovun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli 45/122 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Konstitusiyasının 85-ci, Seçki Məcəllə¬sinin 13-cü, 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komis¬siyası-na və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə namizədliyi 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Müzadil Zaur oğlunun 18 yanvar 2020-ci il tarixli 32 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli 45/122 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM